Noyer həyat yoldaşını doğuşdan bir neçə gün sonra tərk edib

Noyer həyat yoldaşını doğuşdan bir neçə gün sonra tərk edib
DÜNYA FUTBOLU 26 Noyabr 2026 / 14:41 149
-  A +

“Bavariya”nın qapıçısı Manuel Noyerin şəxsi həyatı ilə bağlı qalmaqallı iddia yayılıb.

QOL.az "Bild"ə istinadən xəbər verir ki, 40 yaşlı qapıçı həyat yoldaşı Anika Bissellə xəyanət edib və onu ikinci övladının dünyaya gəlməsindən cəmi bir neçə gün sonra tərk edib.

Məlumata əsasən, Noyer həyat yoldaşına ayrılmaq istədiyini bildirib. Bundan sonra futbolçu yeni sevgilisi olduğu iddia edilən 23 yaşlı fizioterapevtlə birlikdə istirahət etmək üçün İtaliyaya yollanıb.

Nəşr yazır ki, noyabrda zədələnən qapıçıya “Bavariya” istirahət etməyə icazə verib. Noyer isə bu fürsətdən istifadə edərək yeni sevgilisi ilə Braziliyaya yollanıb.

Qeyd edək ki, Noyer dünya çempionatlarında ən çox oyun keçirən qapıçı rekordunun sahibidir. O, mundiallarda 23 qarşılaşmada meydana çıxıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner