Azərbaycan millisinin üzvü "Sampdoriya"da dubl etdi

Azərbaycan millisinin üzvü "Sampdoriya"da dubl etdi
XƏBƏR 26 Noyabr 2026 / 09:17 196
-  A +

Azərbaycanın U-21 millisinin hücumçusu Lorenso Mezzotero “Sampdoriya”nın heyətində növbəti qollarını vurub.

QOL.az xəbər verir ki, o, İtaliya B seriyasında 13-cü turunda "Padova" ilə səfər matçında dubl edib.

18 yaşlı hücumçu 19 və 84-cü dəqiqələrdə rəqib qapısına yol tapıb. "Sampdoriya" bu qollar sayəsində qələbə qazanıb - 2:1. Mezzotero matçda əvəzlənmədən oynayıb.

Bu, gənc hücumçunun "Sampdoriya"ın əsas komandasında vurduğu 4-cü qol olub. O, ötən tur "Benevento" ilə oyunda da qol vurmuşdu.


Qarabağ FK
Son xəbərlər
25.11.26  01:00

Ronaldodan 987-ci qol

topaz banner