UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə qarşılaşacaq “Beşiktaş” Gürcüstana səfər zamanı ciddi çətinliklə üzləşib.
QOL.az xəbər verir ki, İstanbul təmsilçisini daşıyan təyyarə əlverişsiz hava şəraiti və güclü turbulentlik səbəbindən Batumi hava limanına eniş edə bilməyib.
Bir müddət havada dövrə vuran və silkələnən təyyarə Türkiyənin Rizə şəhərinə istiqamətlənib. Buradan avtobusla yola düşən komanda Artvin vilayətindəki Sarp sərhəd-keçid məntəqəsindən Gürcüstana keçib.
“Beşiktaş”ın nümayəndə heyəti təxminən 8 saatlıq səfərdən sonra Batumidə qalacağı hotelə çatıb. Gecikmə səbəbindən komandanın baş məşqçisi Vinçentso İtalyanonun oyunöncəsi mətbuat konfransı da ləğv edilib.
“Beşiktaş”ın futbol direktoru Öndər Özən jurnalistlərə açıqlamasında təyyarədə yaşadıqları qorxulu anlardan danışıb:
“Pilot çox ağıllı qərar verdi və son anda eniş etməkdən vaz keçdi. Təhlükədən xilas olduq. Təxminən 8 saatlıq yol qət etdik. Əslində, bu, ev oyunumuzdur. İstirahət üçün vaxtımızın çox az olduğu doğrudur. İki günlük vaxt itkimiz var. Üstəlik, səfərə çıxmışıq və ağır yolçuluq keçirmişik.
Təyyarədə qorxduq. Təyyarədən qorxmadığımı düşünürdüm, amma mən də qorxdum. Hamımızın sevdiyi insanlar var. Çox güclü turbulentlik oldu. Bu, uzun müddət davam etdi. Panikaya düşənlər də var idi. Təbii ki, hamı qorxdu. Əvvəllər belə bir vəziyyət yaşamamışdım”.
Xatırladaq ki, “Beşiktaş” - “Hapoel” matçı təhlükəsizlik səbəbindən Gürcüstanda keçirilir.
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər
Musialanın səhhəti ilə bağlı mühüm detal üzə çıxdı
Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas
İsrail "Qalatasaray" azarkeşlərindən UEFA-ya şikayət etdi
“Tottenhem”də yeni müqavilə
"Real" PSV-ni belə darmadağın etdi - Video
İtaliya millisinin təklifini rədd etdiyini açıqladı
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Çempionlar Liqasında iki tarixi rekord
Amerika kuboku bu ölkədə keçiriləcək
Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik - Video
Okan Buruk “Aston Villa” qələbəsini dəyərləndirdi
"Qalatasaray" və "Real"dan qələbə - ÇL-də nəticələr
Ronaldodan 987-ci qol
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video