“Qaradağ-Lökbatan” neçə illərdi birinci divizionda oynayır. O komandanın Azərbaycan futboluna hansı xidməti olub, kimləri verib, bunu bilən yoxdu. Amma bir şey dəqiqdi ki, AFFA bu klubu hər dəfə çempionatda saxlayır. Çünki “Qaradağ Lökbatan” “Neftçi” İSM-ə məxsusdur (Sadıq Sadıqova),“Neftçi” İSM də SOCAR-a (Rövnəq Abdullayevə).
Məlum, AFFA-ya da pulu SOCAR buraxır. Deməli, Azərbaycan gerçəkliyində necə olmalıdı? Hə, “Qaradağ Lökbatan”a pul ayrılmalı və o oynamalıdı, amma Şəmkir, Mingəçevir, Qusar, Qazax futbolsuz qalmalıdı. Necə ki, qaldılar və Premyer Liqadan sonra birinci divizionumuzu da döndərdilər Bakı çempionatına.
***
Bizim AFFA-nın şefinin futbol idarəçiliyində ədalət tərəzisi beləymiş demək. Özününkülər həmişə çəkidə ağır gəlməlidi. Bölgə komandaları isə onun üçün yad, ögey övlad kimidi. Ona görə də hələ bu gedişlə uzun illər “Turan”ların haqqı yeyiləcək, doğmaların - “Səbail”lərin teli sığallanacaq, “Qaradağ Lökbatan”lara pul tapılacaq, “Şəmkir”lərə, “Energetik”lərə, “Şahdağ”lara, “Göyəzən”lərə isə yox...
***
Bizim çempionatları keçirmək Peşəkar Futbol Liqasına (PFL) tapşırılıb. PFL-in prezidenti Ramin müəllimin vəzifəsi təkcə yarışları təşkil etmək, vertolyotla meydançaya kubok endirib özü barədə 2-3 nazir qarşısında işgüzar adam imici formalaşdırmaq olmamalıdır. Onun vəzifəsi həm də klubları qorumaqdır. Çünki onu o vəzifəyə klublar seçir (normalda). PFL-in fəaliyyət göstərdiyi bu 9 ildə Azərbaycanda neçə-neçə klub məhv olub gedib. Şimal, Cənub, Qərb... Demək olar heç birində futbol klubu qalmayıb. Bəs, Ramin Musayev qoruyubmu onları, qorumaq bir kənara, buna cəhd edibmi? Çətin... Çünki görünür ya etmir, ya da etmək istəyirsə belə yuxarılarda sözünün keçməyəcəyini əvvəlcədən bilir.
Bir də hər Musayev də Fuad ola bilməz. Diktator idi, filan, bunlar öz yerində. Amma onun dövründə, AFFA-nın ən kasıb vaxtında Azərbaycanın bölgələrində pis-yaxşı futbol vardı. Bir yumruq kimi futbolu öz əlində cəmləşdirmişdi Fuad Musayev. İndi onun kimisinin güclü zərbəsi lazımdı. Vura bunların uğursuz, çürümüş futbol sisteminə ki, parça-parça olub getsin.
***
Amma hardadı o? Hardadı yeri gələndə futbolu qoruyan, ona xidmət edən sərt idarəçilik? Allah Fuad müəllimə rəhmət eləsin. Rəhbər bir olar. Bizdə futbolun neçə rəhbəri var? Rövnəq Abdullayevdən başqa AFFA-da hamısı prezidentdi. Futbolun da başına o oyun qalmayıb ki, açmasınlar. “Neftçi” elə bu eybəcər sistemin, idarəetmənin qurbanı deyilmi? AFFA-nın rəhbərliyində o adam qalmayıb ki, burnunu bu klubun işinə soxmasın.
San Marino kimi mənasız komandanı udurlar, dollar paçkalarını açıb millinin varlı oyunçularının başına səpələyirlər. Sonra da bölgə komandalarını çempionata buraxmırlar ki, pulları yoxdu. Nəticədə məşqçilər, futbolçular qalır işsiz. Peşəkar futbolçu da gedir fəhləlik etməyə, ya da “Topaz”da şot atmağa...
“Topaz” demişdən. İldə bu qurumdan Azərbaycan futbolunun inkişafı adı altında AFFA-PFL-ə 1-2 milyon civarında pul ayrılır. AFFA-ya SOCAR-dan ayrılan 20-22 milyonluq büdcəni bir kənara qoyaq, elə təkcə “Topaz”ın pulları ilə bölgələrdə 3-4 komanda saxlamaq olar. Amma o pullar hara gedir? Ay sağ olun, təxmin etdiyiniz yerlərə. Belə məsələdə heç vaxt eniş olmayıb (əksinə inkişaf ola bilər), ola da bilməz.
Olan futbolumuza olur və olub. Sonra da gileylənirlər ki, niyə stadionlar bom-boşdu. Belə futboldansa elə oturub evlərində “İdman”dakı öküz yarışına baxarlar də.
***
AFFA-nın dünənki qərarından sonra Azərbaycanda Premyer Liqa və birinci divizionda yarışacaq komandaların ümumi sayı 18-ə düşdü. Bakıda oynayan “Qarabağ”ı çıxmaqla bu 18 komandadan cəmi 6-sı bölgələri təmsil edir. Qonşu Gürcüstanda isə hər iki çempionatdakı 20 klubdan 6-sı paytaxt Tiflisin, digər 14-ü bölgələrindi.
Yeri gəlmişkən, AFFA və PFL rəhbərliyinin Gürcüstana yolu tez-tez düşür. Hərdən onların futbolu ilə maraqlansalar pis olmazdı. Bəlkə onda insafa gəlib öz ölkələrində futbolun nə kökdə olmasının fərqinə varalar.
Aydın BAĞIROV
aydınbağı[email protected]
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab
"Barselona"nın geridönüşü - Video
Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
"Fənərbaxça" 5, "Beşiktaş" 3 qolla qalib gəldi
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons