“İnter”in Avroliqadakı çıxışına bir qədər sonra toxunacam. Amma öncə avrokuboklarda mərhələ adlayan “Qarabağ” və “Neftçi”nin azarkeşlərini layiqli qələbə münasibəti ilə təbrik edirik. Təbii, sevinirik, sevinməyənləri, daha doğrusu, “Neftçi”nin halal qələbəsinə kölgə salanları isə qınayırıq. Vallah, kimsə bütün işlərdə uğursuzdusa, öz fərsizliyinə görə çörək pulu qazana bilmirsə, bunun səbəbkarı Sadıq Sadıqov və onun prezidenti olduğu “Neftçi” deyil.
Düzdür, toy-bayrama da gərək yoxdur. “Qarabağ”ın “Valletta”nı, “Neftçi”nin “Koper”i keçməsi qəhrəmanlıq sayılmamalıdır. Hər iki komanda ikinci mərhələni keçməliydi yox, keçməyə borclu idi ki, bunu da etdi. Ona görə də bizə yalnız “Qarabağ” və “Neftçi”yə “sağ ol” demək, üçüncü mərhələdə “Zalsburq” və “Çixura” ilə matçlarda uğurlar arzulamaq qalır.
İndi gələk, “İnter”ə. Komandanın uğursuzluğundan danışmazdan əvvəl bir mühüm məsələyə toxunmaq istəyirəm. “Futbol +” qəzetində dərc olunan oyunun protokuluna əsasən, bu qarşılaşmanı cəmi 4200 azarkeş izləyib. Təsəvvür edin, 4200 azarkeş! Yəni “Qarabağ”ın “Valletta”a ilə Bakıdakı matçında olduğundan üç-dörd dəfə az. Halbuki altı minə yaxın azarkeş tutumu olan “Şəfa” stadionu ağzınadək dolmalı idi. Təbii, “İnter”in biz azərbaycanlılara “Qarabağ” və “Neftçi” qədər mənəvi yaxınlığı olmayıb. Bu gerçəkliyi deməkdə çəkiniləsi nəsə yoxdur. Amma istənilən halda “İnter” Azərbaycanı təmsil edir və “Elfsborq”la cavab matçının əhəmiyyəti böyük olduğundan stadiona cəmi 4200 azarkeşin gəlməsi heyrət doğurmaya bilməzdi. Bəs, oyunda azarkeş niyə az idi? Günah oyuna gəlməyən azarkeşdədimi? Yox, yox və yenə də yox.
“İnter” klubu hələ papağını göyə atıb sevinməlidir ki, Azərbaycan Premyer Liqasının matçları zamanı az qala bomboş olan “Şəfa” stadionunun tribunalarının yarısı heç olmasa, son Avroliqa matçında dolmuşdu.
Ümumiyyətlə, azarkeşi stadiona təbliğatla gətirirlər, təbliğatı isə media ilə aparırlar. Amma “İnter”in bu yöndəki siyasəti nəinki sıfır, hətta sıfırın altındadır desək, yenə yumşaq çıxacaq. Media ilə normal münasibət qurmaq o demək deyil ki, “Xəzər Lənkəran” klubunun rəhbərliyi kimi sırf özünü tənqiddən qorumaq üçün hər ay hansısa reket saytın əməkdaşının cibinə 100-150 manat dürtəsən.
Mətbuatla işləmək iki şəkil çəkib, bir açıqlama götürüb, üç-beç jurnalistin girdiyi rəsmi saytda yayımlamaqdan də ibarət deyil. Birinci, özünü tanıtmalısan, media ilə normal ünsiyyət qurmalısan. Amma “İnter”in mətbuat xidmətinin, deyəsən, bu adi, elementar qaydalardan da xəbəri yoxdur. Yeri gəlmişkən, “İnter”in mətbuatla işlərə cavabdeh olan şəxsinin adını yazmamağım səbəbsiz deyil.
Sadəcə, onun adını və soyadını bilmirəm! Çünki o, digər klubların mətbuat xidmətlərinin rəhbəri kimi, mətbuata özünü tanıda bilməyib, işgüzar əlaqə yaratmağı bacarmayıb, bu qədər.
Hə, azarkeşlərdən danışırdıq axı. Əlbəttə, stadiona azarkeş yığmaq təkcə “İnter”in mətbuat xidmətindən asılı deyil. Ən vacibi “İnter”in marketinq siyasəti bərbad vəziyyətdədir. Başa düşdük, klubun sahibinin başı pul saymağa qarışıb, bəs icraedicilər, cənab Georgi Nikolov nə edir? O da pul yeməklə gün sayır?
Yaxşı, azarkeş, media ilə işləmək bu klub üçün maraqsızdır, heç olmasa, yedikləri qaba tüpürməsinlər.
“Elfsborq”la oyun bitəndən “İnter”in rəhbərliyi hay-küy salıb ki, hakim bizi uduzdurdu. Başa düşdük, hakimin çox səhvi oldu, amma “İnter” bu oyunu lap çoxdan uduzmuşdu, axı. Kaxaber Sxadadze neçə vaxtdır söyləyir ki, komanda güclənməlidir, xüsusən normal hücumçu alınmalıdır. Amma həmin Georgi Nikolov, görün, buna cavab olaraq nə deyir: "Biz bu məsələdə baş məşqçimizə tam səlahiyyət vermişdik. Öz maddi durumumuz da nəzərə alınmaqla, 50-dən çox hücumçunu nəzərdən keçirmişik. Lakin Sxadadze onların heç birini bəyənməyib”. Əlbəttə, Sxadadzeyə dəyəri 50 qəpiyə dəyməyən hücumçular təklif ediləndə, bundan imtina edəcəkdi, nəticədə də “İnter”in ön xətti belə bərbad günə qalacaqdı.
Georgi Nikolov və onun ağası Sxadadzenin istədiyi transfeti gerçəkləşdirsəydi, transfer üçün ayrılan büdcə ilə baş məşqçinin istədiyi 2-3 normal futbolçu alsaydı, əmin olun, gürcü mütəxəssis mətbuat konfransında deməyəcəkdi ki, artıq yorulmuşam, istefa vermək istəyirəm.
Sxadadze bu məğlubiyyətdə günahkar deyil. “İnter”i uduzduran heç bolqar hakim də olmadı. Amma həm də bolqar oldu. Başqa bolqar. “İnter”in rəhbərliyində oturan bolqar.
Aydın BAĞIROV
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi
“Qarabağ”dan ayrılan Krisdən açıqlama
Nəriman yeni klubunun stadionunu ziyarət etdi - Video
Renat oynadı, komandası qalib gəldi
“Fənərbaxça”nın mövsümdəki ilk məğlubiyyəti - Video
Ruzanna Məmmədova Avropa ikincisi oldu
“Qələbə qazana bilməməyimizin səbəbini bilmirəm” - Saşa İliç
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko