Misli Premyer Liqasının 6-cı turu çərçivəsində "Sumqayıt" səfərdə "Kəpəz"lə heç-heçə (1:1) edib.
QOL.az sportal.az-a istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Filipe Kandido matç haqda fikirlərini bildirib və jurnalistlərin suallarını cavablandırıb:
"Düşünürəm ki, bu, ölkənizdəki ən yaxşı stadionlardan biridir. Çox yaxşı atmosfer var idi. Amma oyunun gedişində kənardan kimsə hakim fitinə bənzər fit səsləndirirdi. Bu, komandam sürətli hücuma çıxanda futbolçuları çaşdırırdı. Premyer Liqanın inkişafını istəyiriksə, futbola hörmət etməliyik. Ümid edirəm, məni düzgün başa düşdünüz".
Kandido hakimlərin qərarlarını müzakirə etmək istəmədiyini deyib. O, komandasının həm müdafiədə, həm də hücumda yaxşı təsir bağışladığını və qələbə qazana biləcəklərini vurğulayıb:
"Hakimlərin verdiyi qərarlar haqda heç nə danışmaq istəmirəm. Komandam inkişaf edir, oyununu yaxşılaşdırır. Bu atmosferdə oynamaq asan deyil. Rəqib də çox təhlükəlidir, sürətli futbolçuları var. Komandam həm müdafiədə, həm də hücumda yaxşı çıxış etdi. İlk hissədə boşluqlar tapdıq və bunun nəticəsində qol da vurduq. İkinci hissədə isə topa daha çox nəzarət etdik. Həm bizim, həm də rəqibin qol imkanları oldu. Nəticəyə görə məyusam. Qələbə qazana bilərdik. Bir neçə aydır Azərbaycandayam. Futbolun inkişafını istəyiriksə, bəzi şeylər fərqli olmalıdır.
- "Kəpəz"in ləğv olunan qoluna baxmısınız? Sizcə, orada qayda pozuntusu var idi?
- 15 il əvvəl Portuqaliyada məşqçi kimi fəaliyyətə başlamışam. Hakimlər və onların qərarları haqda danışmağı sevmirəm. Ona görə məyusam ki, hesabı 2:0 edə bilərdik. Futbolçularımın bəziləri hələ 90 dəqiqə oynayacaq fiziki hazırlıq səviyyəsinə çatmayıb.
- Marko Yohansonun performası ilə bağlı fikriniz necədir? Demək olar ki, "Sumqayıt" istədiyi qapıçını tapıb?
- Marko cəmi iki gün bizimlə məşq etmişdi. Mənim üçün onu start heyətində meydana buraxmaq qərarını vermək çətin idi. Çünki Xəyal Fərzullayev yaxşı çıxış edirdi. Düşündük və bu qərarı verdik.
- Oyunun son 20 dəqiqəsində "Sumqayıt" fiziki olaraq çox zəif görünürdü. Bunun səbəbi nədir?
- Artıq bir neçə dəfə belə vəziyyətlə qarşılaşmışıq. Biz hələ yaxşı komanda qurmaq mərhələsindəyik. Yaxşı futbolçular gətirməyə çalışırıq. Oyunçuların hamısı tam hazır deyil. Buna görə də gənc futbolçuları meydana buraxırıq. Onların bacarığına şübhəm yoxdur. Hamısına şans verməyə çalışırıq. Bir məşqçi kimi onların inkişafı üçün səy göstərirəm.
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də