Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik

Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik
ÖLKƏ FUTBOLU 20 Sentyabr 2026 / 18:03 245
-  A +

Litva millisinin heyətində dəyişiklik edilib.

QOL.az xəbər verir ki, TOPLYGA-da keçirilən oyunda zədələnən Dominikas Barauskasın əvəzinə “Banqa”nın müdafiəçisi Deividas Maljinskas yığmaya dəvət olunub.

U-21 millisinin sabiq üzvü üçün bu, əsas milli komandaya ilk çağırış olub. O, bu mövsüm TOPLYGA-da keçirdiyi 25 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Qeyd edək ki, millimiz UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-də səfərdə Litva millisi ilə, oktyabrın 1-də Lixtenşteyn yığması ilə, həmçinin oktyabrın 4-də Litva millisi ilə üz-üzə gələcək.


Qarabağ FK
Son xəbərlər
topaz banner