Misli Premyer Liqasının 6-cı turu çərçivəsində "Araz-Naxçıvan" "Şamaxı"ya 1:2 hesabı ilə məğlub olub.
QOL.az sportal.az-a istinadən xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Zaur İsmayılov oyundan sonra matç barədə fikirlərini bölüşüb:
"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Birinci hissədə müdafiədə iki kobud səhvə yol verdik. Ondan sonra da qapımızda penaltilər gördük.
İsmayılov “Şamaxı”nın lehinə təyin olunan penaltilərdən biri ilə razılaşmadığını, ikincinin isə düzgün qərar olduğunu düşündüyünü deyib:
"Birinci penalti bir az mübahisəlidir. Baş hakim qərar verdi, sonra VAR-dan çağırdılar və epizoda çox baxdı. Yəqin ki, qapıçımızın topu çıxardıqdan sonra ikinci epizoddakı toxunuşunun olub-olmadığına baxırdılar. Birinci epizod mübahisəli idi, amma ikinci epizodda penalti var idi".
Baş məşqçi Ağadadaş Salyanskinin ardıcıl üçüncü oyunda qol vurmasına da münasibət bildirib. O, futbolçunun məşqlərdə daim öz üzərində işlədiyini vurğulayıb:
"Ehtiyatda oturanda da məşqlərdə daim çalışırdı. Sonradan start heyətinə düşdü və ardıcıl qollar vurdu. Bu gün ikinci qolunu da vura bilərdi. Amma top dirəkdən qayıtdı. Yaxşı hal odur ki, ardıcıl qollar vurur".
İsmayılov milli komandaların oyunları ilə əlaqədar fasiləyə qədərki nəticələri uğursuz hesab edib. O, fasilə zamanı əsas diqqəti müdafiədəki səhvlərin aradan qaldırılmasına yönəldəcəklərini deyib:
"Müdafiədə kobud səhvlərimiz olur. Bunların üzərində maksimum işləmək lazımdır. Hücumda da düşən epizodları vurmaq gərəkdir. Çatışmazlıqların üzərində işləyəcəyik".
İnfantinoya rəqib gəlir?
"Mən təlxək deyiləm!"
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu