Dünya çempionatının açılışı üçün Moskvaya səfər edib orada fərqli millətlərdən olan onminlərlə azarkeşin içinə düşəndə istər-istəməz gözüm bizim azarkeşi və bayrağı axtardı. Amma nə Rusiya paytaxtının küçələrində, nə də “Lujniki”də onlara rast gələ bildim. Səbəb hamıya məlumdu, təbii ki.
Biz bu nəhəng futbol bayramından kənarda qalmışıq və yaxın gələcəkdə də mundialda olacağımızı nikbinliklə düşünməyə tutarlı bir əsas tapmaq çətindi. Təkcə ona görə yox ki, ölkədə normal futbolçu qıtlığı var. Həm də ona görə ki, bu qıtlığın yaranmasında məşqçi faktoru da rol oynayır. Ən yaxın keçmişə, Qurban Qurbanovla başlayan son 10 illik mərhələyə baxanda ölkədə savadlanmağa, peşəkarlaşmağa, çağdaş futbolun tələbləri ilə ayaqlaşmağa ciddi cəhd göstərən məşqçilərin sayının yetərincə az olduğunu görürük. Amma sıraları məhdud olsa belə, onlar var. Bəs hardadılar?
Dünya və Avropa çempionatlarının final mərhələlərində niyə indiyədək oynamamağımızın səbəblərindən biri həm də bu sualın arxasında gizlənir.
Mətləbə keçək. Samir Abasovu hamınız tanıyırsınız. 2015-ci ilin sonlarında “Sumqayıt”ın baş məşqçisi təyin edildi, sonra Azərbaycan səviyyəsində yaxşı bir komanda yaratdı. Özü də sırf azərbaycanlı futbolçulardan ibarət, məhdud büdcə ilə. Bu o dövr idi ki, “pulyeyən maşın” ölkənin ən köklü klubu “Neftçi”nin başına istədiyi oyunu açırdı. Amma Samir “Sumqayıt”ın timsalında futbol oynamağı bacaran komanda yaradırdı. Həm komanda yaradır, həm də özünü gələcəyin yaxşı məşqçisi kimi yetişdirirdi. Belə bir vaxtda azarkeşlərin və medianın ona dəstəyi də təsadüfi deyildi. Məlum, bizim futbolda iş görən adama elə daha çox fanatlar və jurnalistlər dəstək verir. Dəstəyi birinci verməli olanlarsa daha çox ayaqaltı qazıb, ziyan vurmaqla məşğul olurlar. Belə olanda isə “Sumqayıt” üçün indiyədək heç bir məşqçinin etmədiyini edən Samir Abasova layiq olmadığı halda klubdan könüllü ayrılmasına şərait yaradılır və o qalır işsiz. Və bu dəqiqə Premyer Liqada bir komandanı çalışdırmaq əvəzinə, gedib oturub doğma kəndində məcburi istirahətlə məşğul olur. Bizsə evimizdə, restoranlarda, ucuz və bahalı PUB-larda mundiala baxa-baxa “niyə orda yoxuq?” deyib nisgilli-nisgili danışırıq.
Amma orda olmamağımız təbiidir. İstedadına, istedadlarına sahib çıxmayan ölkənin futbolu elə yarışlara düşmür, düşə də bilməz. Bunu hamı bilir, əlbəttə. Bir tək futbolumuzu idarə edənlərdən başqa. Onlarda idarəetmə üsülu, deyəsən, həm də kin üzərində qurulub (bu yerdə Samir Abasovun “Sumqayıt”da işləyərkən özünün sabiq, “Neftçi”nin indiki prezidentinə tikanlı, federasiyaya isə üstüörtülü atmacaları yada düşür). Yoxsa normal futbol ölkəsində istedadı, potensialı, ən əsası yaxşı komanda qurmaq bacarığını gerçək işi ilə ortaya qoyan adam işsiz qalmır, qalmamalıdı.
Nəhayət...
Hər nə qədər şablon səslənsə də, millinin baş məşqçisi Qurban Qurbanov təkbaşına möcüzə yarada bilməz. Ona ağlı yerində olan, futbol beyni iki dəqiqədən bir error verməyən məşqçilərimiz kömək etməlidi. Öz sahəsindəki, klublarındakı işi ilə. Amma ən birinci kömək, dəstək AFFA rəhbərliyindən gəlməlidi. O dəstək də necə olur, özünüz bilirsiniz. Həm də kiməsə mane olmamaq, kimisə işsiz qoymamaqla.
Aydın BAĞIROV
[email protected]
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu