Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı

Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
DÜNYA FUTBOLU 17 Sentyabr 2026 / 11:21 712
-  A +

Bu yay "Qarabağ"dan "Seltik"ə keçən Kamilo Duran karyerasında ilk dəfə Kolumbiya millisinə dəvət alıb.

QOL.az “Daily Record”a istinadən xəbər verir ki, bu barədə Şotlandiya klubunun baş məşqçisi Martin O’Nil mətbuat konfransında məlumat verib.

O, Duranın son məşqdə iştirak etməməsinin səbəbini izah edərkən bildirib: "Vizaya görə Londona getməli idi. Kolumbiya milli komandasına çağırılıb və bunu həll edə biləcəyi yeganə vaxt bu səhər idi".

Qeyd edək ki, artıq "Seltik"in aparıcı futbolçularından olan Kamilo Duran Şotlandiya klubundakı ilk 10 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib. O, ötən mövsüm “Qarabağ”ın heyətində UEFA Çempionlar Liqasında isə 5 qol vurmuşdu.


Qarabağ FK
Son xəbərlər
topaz banner