"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da

"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
DÜNYA FUTBOLU 16 Sentyabr 2026 / 17:19 167
-  A +

“Tottenhem”dən ayrılan Mali millisinin yarımmüdafiəçisi İva Bissuma “Ayaks”a keçib.

QOL.az xəbər verir ki, 29 yaşlı futbolçu Amsterdam təmsilçisinə azad agent kimi qoşulub. Onunla 2027-ci ilin yayına qədər müqavilə imzalanıb. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bissuma 2022-ci ildən “Tottenhem”də çıxış edib. O, ötən yay müqaviləsinin müddəti başa çatdıqdan sonra London klubunu tərk edib.

Mali millisinin üzvü daha əvvəl “Brayton”, “Lill” və “Marsel”in də formasını geyinib.


Qarabağ FK
Son xəbərlər
topaz banner