Aziz Yıldırım "Fənərbaxça"dan gedir: "Mütləq çempion olacağıq"

Aziz Yıldırım "Fənərbaxça"dan gedir: "Mütləq çempion olacağıq"
DÜNYA FUTBOLU 17 Sentyabr 2026 / 09:28 635
-  A +

"Fənərbaxça" prezidenti Aziz Yıldırım maraqlı açıqlamalar verib.

QOL.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yıldırım  komandanın çempionluq şanslarının çox olduğunu bildirib:

“Yanvar ayına qədər minimum xal itkisi ilə irəliləsək, qış transfer dönəmində lazımi gücləndirmələri də edərik. Mövsümün sonunda çempion olacağımıza inamımız tamdır. Komanda hələ hazır deyil, hazır olacaq. Bu komanda uğur qazanacaq”.

Yıldırım İstanbul derbisində “Qalatasaray” üzərində qələbə qazanacaqlarını da indidən iddia edib: “Bu komanda uğur qazanacaq. Evimizdə “Beşiktaş”a məğlub olmuş ola bilərik, amma səfərdə “Beşiktaş”ı məğlub edə bilərik. Oktyabrın 26-da öz meydanında “Qalatasaray”ı məğlub edəcəyik. Bunu indidən deyirəm”.

Komandanın baş məşqçisi İsmail Kartalla bağlı da danışan Yıldırım onun vəzifəsində qalacağını bildirib: “İsmail Kartal "Fənərbaxça"nın baş məşqçisidir. Heç kim narahat olmasın. Mən İsmail Kartalla davam edəcəyimi açıqladığım halda onlarla menecer, onlarla məşqçi özünü bizə təklif etdi. Biz heç kimlə görüşməmişik”.

Aziz Yıldırım mövsümün sonunda vəzifəsini tərk edəcəyini də deyib: “Mövsümün sonunda dəqiq gedəcəyəm. Mütləq çempion olacağıq. Vəd etdiyim kimi, komandanı Çempionlar Liqasına çıxardım. Çempionlar Liqasında bu komandaya güvənirəm, inanıram. Daha yaxşı nəticələr əldə ediləcək və "Fənərbaxça" həm pul, həm də xallar qazanacaq”.

Qeyd edək ki, Aziz Yıldırım bu ilin yayında yenidən "Fənərbaxça" prezidenti seçilib. O, daha əvvəl 20 il - 1998-2018-ci illərdə “Fənərbaxça”nın prezidenti olub. 


Qarabağ FK
Son xəbərlər
topaz banner