“Brayton” İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.
QOL.az xəbər verir ki, komanda ötən həftəsonu çempionatın debütantı “Koventri”ni 5:0 hesabı ilə məğlub edib. Premyer Liqanın məlumatına görə, “Brayton” tarixdə ilk dəfə bir oyunda 15 müxtəlif millətdən olan futbolçu ilə meydana çıxıb.
Həmin qarşılaşmada komandanın heyətində Niderland, Türkiyə, Fransa, Xorvatiya, İngiltərə, İsveç, Almaniya, Kot-d’İvuar, Paraqvay, Belçika, Yunanıstan, İspaniya, Qana, Portuqaliya və Danimarkanı təmsil edən futbolçular çıxış edib.
Qeyd edək ki, 4 turdan sonra “Brayton” 7 xalla Premyer Liqada 4-cü pillədə qərarlaşıb. Komanda sentyabrın 19-da doğma meydanda son çempion “Arsenal”ı qəbul edəcək.
“Kəpəz” bəyanat yaydı
Həyat yoldaşı vəfat etdi
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü