“Barselona” danışıqlara başladı

“Barselona” danışıqlara başladı
DÜNYA FUTBOLU 16 Sentyabr 2026 / 12:01 392
-  A +

“Barselona”nın idman direktoru Deko komandanın 29 yaşlı vingeri Rafinya ilə yeni müqavilə barədə görüş keçirib.

QOL.az xəbər verir ki, bu haqda “Diario SPORT” məlumat yayıb.

Tərəflər Kasteldefelsdəki restoranlardan birində görüşərək futbolçunun gələcəyini müzakirə ediblər.

Rafinyanın hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Buna baxmayaraq, klub onun çıxışından razıdır və əməkdaşlığı uzunmüddətli davam etdirmək istəyir.

Görüşün müsbət keçdiyi və tərəflərin yeni müqavilə ilə bağlı razılığa gəlməkdə maraqlı olduğu bildirilir.


Qarabağ FK
Son xəbərlər
15.09.26  11:31

PSJ-də itki

topaz banner