“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı

“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
DÜNYA FUTBOLU 17 Sentyabr 2026 / 12:30 486
-  A +

“Mançester Yunayted” doğma meydanda gözlənilməz məğlubiyyətə üzülüb.

QOL.az xəbər verir ki, “qırmızı şeytanlar” İngiltərə Liqa Kubokunun 1/16 finalında “Brayton”la qarşılaşıb.

“Old Trafford”da keçirilən görüşdə meydan sahibləri 2:3 hesabı ilə məğlub olublar. Qarşılaşmaya sürətli başlayan mankunianlar artıq 10-cu dəqiqəyə qədər iki qol vuraraq hesabda önə keçiblər. Lakin “Mançester Yunayted” üstünlüyünü qoruya bilməyib.

TASS-ın məlumatına görə, bu, klubun 1976-cı ildən bəri “Old Trafford”da iki top fərqi ilə öndə olduğu oyunda ilk məğlubiyyətidir.

“Mançester Yunayted” sonuncu dəfə 1976-cı ilin sentyabrında belə vəziyyətlə üzləşib. Həmin vaxt komanda İngiltərə çempionatında “Tottenhem”ə 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, “Brayton”a məğlubiyyətdən sonra “Mançester Yunayted” Liqa Kubokunda mübarizəni dayandırıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner