"Bolonya" da Tedeskonu göndərdi

"Bolonya" da Tedeskonu göndərdi
XƏBƏR 16 Sentyabr 2026 / 13:20 1580
-  A +

“Bolonya” A Seriyasında yeni baş məşqçi ilə çıxış edəcək.

QOL.az xəbər verir ki, bu haqda İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub Domeniko Tedeskonun əsas komandanın baş məşqçisi vəzifəsindən ayrıldığını açıqlayıb. Onu bu vəzifədə daha əvvəl “Atalanta”nı çalışdırmış Raffaele Palladino əvəzləyib.

Tedesko iyunun 9-da “Bolonya”nın baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda A Seriyasında 4 oyun keçirib. Bu matçların 3-də qol vurmadan uduzan “Bolonya” 1 görüşdə isə heç-heçə edib.

Tedesko “Bolonya”ya təyin olunmazdan əvvəl “Fənərbaxça”nı çalışdırıb. Mütəxəssis bu ilin aprel ayında Superliqanın 31-ci turunda "Qalatasaray"a 0:3 hesablı məğlubiyyətdən sonra Türkiyə klubu tərəfindən istefaya göndərilib. 


Qarabağ FK
Son xəbərlər
topaz banner