“Real” – “Bavariya” oyunu bitən kimi Viktor Kaşşainin Vikipediya səhifəsində kimsə belə bir qeyd etmişdi: "Viktor Kaşşai hazırda “Real” Madridin oyunçusu olan macar hakimidir. O, indicə “Real”ın heyətində “Bavariya” əleyhinə qarşılaşmada iştirak etdi".
Sonradan təbii ki, bu cümlə redaktə edilib və əvvəlki rəsmi formasına salınıb. Amma bu, mahiyyət etibarı ilə heç nəyi dəyişmir. Kaşşai “Real”ın Çempionlar Liqasının yarımfinalına çıxması üçün futbolda nə qədər alçaqlıq varsa, hamısını etdi.
“Bavariya” hesabda 2:1 öndədi, psixoloji üstünlük qazanıb. Və bu zaman – 84-cü dəqiqədə münhenlilərin aparıcı oyunçusu Arturo Vidal topa oynadığı halda hakim ona ikinci sarını göstərib meydandan qovur. 
104-cü dəqiqə Ronaldo ofsayddan qol vurur.
109-cu dəqiqə. Ronaldo yenə ofsayddan fərqlənir.
10 nəfərlə qalan komandanın qapısına əlavə vaxtda ofsaydan düz 2 qol vurulur. Düz 2 qol!
Vidal haqsız olaraq oyundan kənarlaşdırılır, amma ikinci sarı vərəqə almağı haqq edən “Real”lı Kazemiro nədənsə bağışlanır.
İndi gəl, bu sirki izləyən yüz milyonlarla insanı inandır ki, bütün bunlar hamısı təsadüfdü...
Deyil!
Deyil!
Və yenə də deyil!
Yadıma 2012-ci ilin Avropa çempionatı düşür. Ukrayna təşkilatçısı olduğu final mərhələsində İngiltərə ilə qarşılaşır. Hakim yenə həmin Kaşşaidi. Meydan sahibləri tərtəmiz qol vurur, amma o, qapı xəttini keçən qolu qeydə almır. Nəticə yadınızda olar yəqin? Ukrayna son matçında uduzaraq (0:1) qrupda qalır, İngiltərə 1-i, o vaxt UEFA prezidenti olan Mişel Platininin həmvətənləri – fransızlar isə 2-ni tutaraq 1/4 finala adlayır. 
Ya da adladılır. Bunu futbol mafiyası yaxşı bilir.
Oyundan sonra Kaşşai deyir: “Bəli, səvh etdim, Marko Deviçin qolu qeydə alınmalıydı”.
O boyda turnirdə bu boyda kobud səhv edir hakim. Səhvini də boynuna alır. Amma sonra onun cəzası... mükafat olur.
2012-dən sonra da Kaşşai UEFA-dan yaxşı təyinatlar alır.
2013-cü ildə macar hakim “Bavariya” ilə “Barselona” arasında ÇL-in yarımfinal oyununda daha kobud səhvlərə (nəticəyə təsir edən 4 səhvə!) yol verir.
1. Pike cərimə meydançasında əllə oynayır, amma penalti təyin edilmir.
2. Dante “Barselona”lı Dani Alveşə qarşı kobud oynayır, Kaşşai bunu da “görmür”, hücum davam edir və Tomas Müller qol vurur.
3. Düşünmək olar ki, ciddi səhvlər yekunlaşacaq. Amma Kaşşai bu dəfə oyundan kənar vəziyyətdə olan Mario Qomesin qolunu qeydə alır.
4. “Barselona”ın qapısına üçüncü qol zamanı da qayda pozuntusu olur. Müller qolun müəllifi Aryen Robbenin qarşısını almaq istəyən Xorde Albaya qarşı bilərəkdən kobudluq edir. Kaşşai bunu da görməzdən gəlir.
Və bütün özbaşınalıqdan sonra o, yenə də UEFA-nın sevimli hakimləri siyahısındadır. Bu qədər ciddi səhvləri olur, amma hər dəfə mötəbər oyunlara təyinat alır.
Niyə?
Məgər, Avropada Kaşşaidən başqa belə matçları idarə etməyə istedadlı hakim yoxdu? Var təbii ki, xüsusən gənclər arasında. Amma görünür, risk edib onlara hər kirli tapşırığı vermirlər.
Kaşşai isə belə pərdəarxası oyunlar üzrə ixtisaslaşıb, axı.
Görmədiniz, dünənki rəzaləti...
Normalda belə hakimləri UEFA oyunlarının həndəvərinə də buraxmazlar. Amma şübhəniz olmasın, Kaşşai artıq sona çatan bu mövsüm olmasa da, gələn mövsüm yenə ən yaxşı oyunlara təyinat alacaq. Məlum, ona verilən vəzifəni necə lazımdısa, icra edib.
Özümüzü çox qınayırıq, amma avropalı matah deyil ki.
Aydın BAĞIROV
"Mən səni çox sevirəm"
Mbappenin durumu müəyyənləşdi
FİFA “The Best”i ləğv edir - Yeni mükafat yaradılır
Roberto Karlos ürəyindən əməliyyat olundu
“Fənərbaxça”da yeni prezident seçkisi
40 yaşlı futbolçu "uzunömürlülük" sirrini açıqladı
"Yuventus"un futblçusunun "Cenoa" arzusu baş tutmadı
Ştegen yalnız bu şərtlə "Barselona"dan ayrılmağa hazırdır
"Roma" yarımmüdafiə xəttini onunla gücləndirməyi hədəfləyir
Sabiq futbolçuya ərəblərdən təklif gəldi
Kurtua ayın ən yaxşısı seçildi
"Şamaxı"nın legioneri oynadı, komandası pley-offa yüksəldi
“Suallarımız cavabsız qalanda məyusluq oldu” - Video
Mbappe ÇL-in ən yaxşısıdır
Ronaldo 16 il sonra ilk dəfə...
"Mançester Yunayted" xal itrdi - Video
A seriyasında yeni qərar
"Arsenal"ın 4 qollu qələbəsi - Video
Seneqal Afrika Millətlər Kubokunun pley-offunda
Misli Premyer Liqasında 101 debüt
"Mançester Siti"dən "Borussiya"ya keçə bilər
"Qalatasaray" futbolçusu ilə sağollaşır
İspaniya klubu azarkeşlərlə bağlı ciddi tədbir gördü
Premyer Liqada cari mövsümdə 36 penalti, 29 qol qeydə alınıb
"Arsenal" çempionluq yolunda itki ilə üzləşdi
"Fənərbaxça" "Milan"ın təklifini rədd etdi
“Qarabağ”da 2025-ci ildəki - 11 önəmli hadisə
FİFA prezidenti: ofsayd qaydalarında dəyişiklik ola bilər
"Real"ın futbolçusu İngiltərəyə qayıda bilər
Baklov "Turan Tovuz"un qapısını inamla qorudu
Kubok oyununda azı 3 qol vurdular
"Qarabağ"ın rəqibi məşqçisi ilə yollarını ayırdı
Klişi Mbappenin klubunun baş məşqçisi oldu
Mahir Emrelidən maraqlı paylaşım - Şəkil
Pedri hazırdır
Pyaniç karyerasını başa vurdu