Bu gün “Səbail”lə “Qarabağ” arasında keçirilən Premyer Liqanın 15-ci turunun oyunu (0:1) başlamamış diqqətimi bir maraqlı məqam çəkdi.
Əsas heyət üzvləri paltardəyişmə otağında olduğu vaxtda Ağdam klubunun ehtiyatda olan qapıçısı Vaqner de Silva meydanda “Səbail”in bir neçə gənc futbolçusu ilə topla məşq edirdi. Baxmayaraq ki, onlar bir-birinə rəqib idi, hiss olunurdu ki, hər biri kiçik məşqdən məmnun qalıb. Elə ona görə də komandalar meydana daxil olduğu vaxtda bu beş futbolçudan ibarət "mini komanda"nın üzvləri bir-biri ilə mehribanlıqla görüşərək meydanı tərk etdilər. Bu zaman görüşmək estafeti Qurban Qurbanovla futbolumuzun soyuqqanlı davranışına görə ikinci Qurban Qurbanovu sayılacaq Aftandil Hacıyevə çatdı.
Sonra əlbəttə, hər biri texniki zonada öz yerinə getdi və təsəvvür edin, bütün 90 dəqiqə hər ikisi sakitcə, səslərini ucaltmadan, qışqırmadan, hirslənmədən təmkinlə oyunu (komandalarını) seyr etməyə başladılar. Sanki futbola yox, düşündürücü bir filmə baxırdılar və onda mənə bir anlıq elə gəldi ki, Bayıl stadionuna gələn 1000-a yaxın insan arasında matç boyu ən az danışan da məhz o ikisi olub - Qurban Qurbanovla Aftandil Hacıyev...
Əsəblər necə bu qədər sakit ola bilər, heyrət etməyə bilmirsən.
***
PFL-in prezidenti Ramin Musayev isə həmişə kimi şən ab-havada görünürdü. Danışıb-gülür və yəqin şifahi xalq yaradıcılığımızdakı unikal sözlərlə zəngin olan bir iki lətifə də danışırdı. Ramin müəllimin lətifə bazası çox zəngindir, yaxşı maraqlı əhvalatları da az deyil. Düzdür, bəzilərini şişirdir, bəzilərini isə bəzəyib danışır, amma istənilən halda yaxşı danışır. Nə isə... Bunları sözgəlişi dedim.
Bizim futbol idarəçiləri oturduqları “Skybox”da nə danışırlarsa danışsınlar. İstəyirlər, futboldan danışsınlar, lap elə dayanmadan lətifə danışsınlar. Əsas odur ki, bugünkü kimi yerli futbola, stadionlara gəlsinlər. Əks halda futbolumuz özü, ruslar demiş, anektod mövzusuna çevrilir.
Anektod demişkən...
30-cu dəqiqədəki bir kiçik məqam isə artıq həqiqətdə baş verdi, amma Maykl Essyenin vurduğu zərbəyə çoxları güldü. Gülməyə də bilməzdi. Çünki 20-25 metrlik məsafədən endirilən zərbədən sonra top hardasa elə bir o qədər hündürlüyü olan tribunanı da aşaraq, güman ki, stadionun arxasındakı evlərdən birinin həyətindəki toyuq hininin kəlləsinə düşdü. Böyük bir adın, futbolçunun karyerasının sonunun gülüş hədəfinə çevrilməsi, doğrudan da, məyusedici olmaya bilməz. Ona görə də Essyeni bura gətirlənlər bu kədərli həqiqəti artıq onun özünə də deməlidirlər.
Yeri gəlmişkən, irad tutulası futbolçu bir tək Essyen deyil. “Qarabağ”da Maqaye Qeyenin yenidən kökəlməsi diqqət çəkməyə bilməzdi. Yenidən ona görə ki, ötən yay Ağdam klubuna gələndə də onun çəkisi, gərək ki, 90 kilonu adlamışdı və həm buna, həm də az qol vurduğuna görə az tənqid olunmamışdı. Bundan sonra çəkisi azalmışdı və gözləmək olardı ki, bu narazılıqlardan sonra Qeye qış fasiləsində çəkisini bir qədər də aşağı salacaq, lazımi formaya düşəcək.
Amma görünür, Antalyadakı təlim-məşq toplanışı zamanı 29 yaşlı bu seneqallı gizli də olsa dadlı türk tatlılarından o qədər çox yeyib ki, çəkisi az qala yenidən 90-a çatıb. Yəqin həm də bunun nəticəsidir ki, “Səbail”lə oyunda 4-5 metrdən topu boş qapıya göndərə bilmədi. Ümid edək ki, bu intizamsızlığına və məsuliyyətsizliyinə görə onun barəsində Qurban Qurbanov artıq lazimı tədbiri görərək daxili cəza tətbiq edib.
***
Amma Qeye, əlbəttə, “Qarabağ”dakı ümumi havaya təsir edə bilməz. Komanda barədə onu söyləmək olar ki, qış fasiləsindən sonra yavaş-yavaş yaxşı formaya düşür, futbolçuların ümumi durumu qənaətbəxş sayıla bilər. Rəşad Sadıqov, Maksim, Qara, İsmayıl, Xayme, Zubir və s. yaxşı təsir bağışladılar. Hərçənd unutmayaq ki, rəqib də xeyli zəifləmiş autsayder “Səbail” idi. İstənilən halda bugünkü qələbəsi “Qarabağ”la ən yaxın rəqibləri olan “Neftçi” və “Keşlə” arasında xal fərqini yenidən 8-ə qaldırdı. Amma bu o demək deyil ki, hələ çempionatda intriqa ölüb.
Növbəti tur “Qarabağ” əzəli rəqibi “Neftçi”ni qəbul edir. Və böyük ölçüdə məhz fevralın 8-si intriqanın öləcəyi, yaxud yenidən diriləcəyinə aydınlıq gələcək.
Aydın BAĞIROV
"Sabah"ın "Neftçi" üzərində qələbəsindən - Video
“Müdafiəmiz fərdi olaraq çox bərbaddır” - Samir Abasov
Kubokda yarımfinalın ilk oyununda sevinən onlar oldular
"Araz-Naxçıvan" "Qarabağ"a belə qalib gəldi - Video
Elmar Baxşıyev: “Bunun açıqlamasını vermək fikrində deyiləm”
Qurban Qurbanov planşeti niyə qırdı? - Özü danışdı
Adnan Əhmədzadədən Messiyə bahalı hədiyyə - Video
2-ci liqada 19-cu tura yekun vuruldu
"Neftçi" - "Sabah": Heyətlər
Rüdiger Ardanın vacib qol ötürməsi haqda
"Araz-Naxçıvan" - "Qarabağ": Heyətlər
Misli Premyer Liqasında ayın ən gözəl 5 qolu - Video
Slot: "Bizi 9 final oyunu gözləyir"
Türkiyə klubundan Avropa rekordu
Don Karlo məhkəmə qarşısında
"Tottenhem"də yeni müqavilə
Amorim: "Qalib gəlməli olduğumuz oyunda 3 xal itirdik"
“Bayer”in sensasiyalı məğlubiyyətinə Xabi Alonsonun şərhi
Premyer Liqanın ən sürətli futbolçuları - Siyahı
Bellinqem son nöqtəni qoydu
“Qarabağ”ın daha bir nümayəndəsi Avropa Klublar Birliyində
1 qolla tarixə düşdü
ETOPAZ-da 167 min manatlıq rekord uduş!
115-ci dəqiqə qolu, 4:4 hesabı və "Real" finalda - Video
Fransa millisinin sabiq üzvü İran klubunda - Rəsmi
"Arsenal" qalib gəldi, "Mançester Yunayted" uduzdu
Terimin komandası mübarizəni dayandırdı
"Barselona" onun yerinə 4 futbolçunu nəzərdən keçirir
"Brayton"da yeni transfer
"Şahdağ Qusar" son dəqiqə qolu ilə qələbə qazandı - Video
"Pedri və Yamalın səviyyəsi tamamilə fərqlidir"
3 qol vuruldu, "Şəmkir" qalib gəldi - Video
Səudiyyə Ərəbistanında Salahın transferinə inanırlar
İngiltərəyə mümkün qayıdışından danışdı
2-ci Liqada 19-cu tura start verildi
Millimizin rəqibindən danışdı: “Nəticə dəhşətlidir”
"Növbəti 10-15 il ərzində "Real"da oynayacağam"
AFFA-nın baş katibi "Barselona"nın nümayəndələri ilə görüşdü
Azərbaycanın klubunda yeni baş məşqçi
Zədələnən Haalandın durumu açıqlandı