"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun 1/2 finalının ilk oyunlarında "Sabah"a 1:2 hesabı ilə uduzduqları ev oyununu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib ki, uduzmalarına baxmayaraq, cavab matçı üçün yüz faiz inamları var: “Bu gün olan heç bir hesab cütün taleyini həll etmirdi. Futbolçuların fikrimizi yerinə yetirib-yetirməməkləri ayrı məsələdir. Amma növbəti matça da qələbə üçün çıxacağıq. Yeganə çıxış yolumuz artıq qalibiyyətdir. İnamım var. Oyunçularda da bəzi şeyləri dəyişməliyik. Heç olmasa bu görüş üçün bəzi epizodları yaxşılaşdırmalıyıq. Bəzi şeyləri içimizdən çıxarmalıyıq. Təkbətək mübarizələrdə rəqibə bu gün çox uduzduq. Fikirləşirəm ki, bunları etsək, qalibiyyət üçün gedəcəyik”.
– Hesab etmirsiniz ki, əlinizdə olan heyət kubokun finalına çıxmaq üçün yetərli deyil?
– Bu artıq, doğrudan da, başqa mövzudur. Bu gün mən onu desəm, bu haqda danışıb incələməyə başlasam, artıq mövzu şişəcək və başqa bir şey olacaq. Hələ 8 tur və kubok oyunu var. Ona görə də heyəti incələmək yersiz olar. Amma bizim özümüz üçün müəyyən etdiyimiz və "Neftçi" komandası üçün gördüyümüz problemlər var. Açığı, düşünmürəm ki, çempionatın sonuna kimi bu problemlər həll oluna bilsin. Amma dediyim kimi, bu gün heyətimizdəki oyunçulardan danışsam, mövzu "şişəcək". Ona görə də bu haqda danışmaq istəmirəm. Ən azından çempionatın sonunu gözləyək.
– Rusiyalı həmkarınız Vasili Berezutski mətbuat konfransını yarımçıq tərk edərək "bu gün biz 11 nəfərə və 3 qarşı oynadıq" dedi. Sizcə, bu, nə dərəcə məntiqəuyğun fikirdir?
– Mən əvvəlcə onların etirazlarını görürdüm. Bunu görməmək mümkün deyildi. Açığı, hansı epizodlara və nəyə görə etiraz edirdilər, deyə bilmərəm. Həmkarımın danışığına da fikir bildirmək istəmirəm. O da emosional insandır. Bu dəqiqə mənim üçün həmkarım haqda danışmağım yersizdir. Siz məndən yaxşı bilirsiniz.
– Oyundan narazı qaldınız, ya keyfiyyətdən?
– Oyundan narazı qalmadım. Birinci hissədə bəzi elementlər var idi ki, yaxşı da edirdik. Epizodlar da yaradırdıq. Yuri Matiasın və Ağadadaş Salyanskinin epizodları var idi. Bunları edirdik və bəzi şeyləri də alındırmağa çalışırdıq. Sadəcə elə məqamlar var ki, bunu dəyişə bilmirəm desəm, yaxşı qəbul olunmayacaq. Keyfiyyətdən danışsaq gərək bu gün incələyək, kimi və nəyi nəzərdə tuturuq. Gəlin, bu haqda hələ ki, danışmayım. Ən azı çempionatın sonuna qədər oyunlarımız var. Amma biz analizin nəticələrini özümüz müəyyən edirik və boşluqların harada olmasını, nədən irəli gəlməsini bilirik. Təkcə məşqdə və oyunda etdiklərimiz analizin əsasında demirik. Bəzi şirkətlər var ki, onlarla çalışırıq. Onların statistik nəticələrini çıxarıb görürük ki, bizim qeyd etdiyimizlə üst-üstə gəlir. Uzağa getməyək, bu gün bizim müdafiəmiz fərdi olaraq bərbad gündədir. Çox bərbaddır. Bizə qarşı təkbətək qurulan hücum rəqibin xeyrinə bitəcək. Bunu bir-birini sığortalamaqla aradan qaldıra bilərsən. Amma bu halda da əgər rəqib say baxımından üstünlük yaradırsa, bu, artıq böyük problemlərə gətirib çıxarır. Bunu çoxlu epizodlar yaradıb qol vurmaqla düzəltmək olar. Yəni ən azından riskləri gözə alıb qolları çox vurursan. Amma əfsuslar olsun ki, epizod yaratdığımız oyunlarda belə bunu bacarmırıq. Ötən oyun "Araz-Naxçıvan"a qarşı dörd epizod yaradıb sıfır qolla çıxırıqsa problemdir. İnşallah, qarşıda gələn oyunlara baxacağıq.
“Neftçi” üçün 26 mümkün rəqibdən 11-i… - Onlar kimlərdir?
“Sabah”ın start heyətini görəndə məyus oldum” - Video
Səhvən əvəzləndi, hakimə əsəbləşdi
"Bəlkə də cəzalanıblar, biz hiss etməmişik" - Rəşad Sadıqov
"Komanda haqda mənfi söz deyə bilmərəm" - Veliçko Kaplanoviç
"Kubokdan sonra oynamaq asan deyildi" - Valdas Dambrauskas
"Hədəfimizə çatdıq, bu gün çox xoşbəxtəm" - Yuri Vernidub
“Sabah” - “Neftçi” matçında dava düşdü
"Neftçi" Konfrans liqasına vəsiqəni təmin etdi
"Neftçi" "Sabah"a, "Zirə" "Sumqayıt"a qalib gəldi
61 ildən sonra çempion oldular
"Real"ı tərk edə bilər
"Sumqayıt"da ciddi itki
“Beşiktaş” 2 milyonluq bonusdan məhrum oldu
Rekordunu təkrarladı
Vurduğu qol ilə transferini rəsmiləşdirdi
"Sabah" - "Neftçi": Heyətlər açıqlandı
"Zirə" - "Sumqayıt": Heyətlər
"Yuventus" uduzub 6-cı pilləyə düşdü
Cənubi Koreya millisinin DÇ-2026 üçün heyəti açıqlandı
Qvardiola "Mançester Siti"dən ayrılır
Bundesliqanın ən yaxşı oyunçusu seçildi
İngiltərə kubokunun tarixinə düşdü
Xabi Alonsonun təyinatı açıqlandı - Rəsmi
Nəriman ehtiyatda qaldı
Harri Keynin növbəti het-triki - Video
Azərbaycan cüdoçularından Avropa Kubokunda uğurlu start
Qvardiola Ferqyusonun rekordunu təkrarladı
14 mövsüm sonra yenidən La Liqada
Cəlal Hüseynov dayanmaq bilmir, yenə qol vurdu - Video
Mourinyo: “Qalma ehtimalım 99 faizdir”
Keyndən yeni rekord
"Real" onu göndərir
Alonso "Çelsi" ilə razılaşıb?
Şamaxıda vurulan 5 qol - Video
"Bavariya" çempionluğunu 5 qolla qeyd etdi
"Mövsüm bitdikdən sonra..." - Jorj Kaşkilya
İngiltərə Kubokunun qalibi "Mançester Siti" oldu