Belaruslu məşqçi Aleksandr Xatskeviç Ukrayna millisinin son nəticəsini dəhşətli adlandırıb. Lakin o, baş məşqçi Sergey Rebrovun komandada qalmasının vacib olduğunu vurğulayıb.
QOL.az xəbər verir ki, o, bu barədə “Ukrainski futbol” nəşrinə bildirib.
Millətlər Liqasında ukraynalılar elit divizionda yer uğrunda Belçikaya qarşı pley-off oyunları keçiriblər. İlk matçda Ukrayna 3:1 hesabı ilə qalib gəlsə də, cavab görüşündə 0:3 hesabı ilə ağır məğlubiyyət alıb.
Xatskeviç həmçinin bildirib: “Sergey Stanislavoviç dedi ki, komanda qarşısında Millətlər Liqasında qoyulan vəzifələr yerinə yetirilib. Gəlin xatırlayaq ki, komanda B qrupundan düşmək üzrə idi, hər şey yalnız son turda həll olundu, üstəlik, elit diviziona yüksəlmək imkanı da yarandı.
Əlbəttə, Belçikaya qarşı ikinci oyun nə komanda, nə də Rebrov üçün müsbət qiymətləndirilə bilər. Amma hər oyundan düzgün nəticə çıxarmaq və irəli getmək lazımdır.
Bəlkə də Sergey Stanislavoviçin Millətlər Liqasını yoldaşlıq turniri hesab etdiyini deməsi əlavə neqativ yaratdı. Ukrayna millisinin əsas hədəfi dünya çempionatına vəsiqə qazanmaqdır. Bunu təkcə Rebrov yox, həm də Şevçenko bəyan etmişdi.
Mən də millinin oyunundan narazı olanlardan biriyəm, nəticə isə, ümumiyyətlə, dəhşətlidir. Amma Rebrov seçmə mərhələni sona qədər başa vurmalıdır. Çünki onun qarşısında duran vəzifə Millətlər Liqası deyil, DÇ-2026-ya vəsiqədir”.
Xatırladaq ki, DÇ-2026-nın seçmə mərhələsində Ukrayna D qrupunda İslandiya, Azərbaycan və Fransa ilə mübarizə aparacaq.
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons
“Çempionatda ciddi güc fərqi yoxdur” - Filipe Kandido
Dünya çempionatına vəsiqə qazandıran məşqçi göndərildi
Milliyə kimlər çağırıldı?
"Sabah" - "Şamaxı": Heyətlər
“Qarabağ”da 100-cü oyun
Son 4 mövsümün antirekordu
"İmişli" - "Sumqayıt": Heyətlər açıqlandı
Rusiya klubunun futbolçusu Azərbaycan millisinə çağırıldı
Millinin baş məşqçisi “Qarabağ”ın legionerindən nə gözləyir?
Messi MLS-in ən yaxşı bombardiri oldu
Ağadadaş Salyanski: “Millidən dəvət gözləyirdim”
“Real” rəqiblərinə aman vermir
36-cı dəfə Argentina çempionu oldular
Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir
"Mançester Siti" autsayderə uduzdu, "Arsenal"dan qələbə
La Liqada günün nəticələri
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər