"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/2 finalının ilk oyunlarında "Araz-Naxçıvan"a 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında əvvəlvə “Araz-Naxçıvan"ı təbrik edib:
Həmçinin oxuyun: Hakimə etiraz edən Qurban Qurbanov planşeti vurub sındırdı - Video
"Qalib gəlmək üçün hər şey etdilər, vuruşdular. İstəkləri çox idi. Düzdür, hələ cavab oyunu var. Amma üzərimizə düşən vəzifə rəqibi təbrik etməkdir. Ümumi oyun haqda çox danışılası bir şey yoxdur. Düzünü desəm, elə də keyfiyyətli oyun olmadı. Kubok oyunları çempionat oyunlarından həmişə fərqlənib. İnşallah, cavab oyununa hazırlaşacağıq. Ona qədər vaxtımız çox olacaq".
Q.Qurbanov bu matçda emosional olmasına, penalti epizodu səbəbindən planşeti qırmasına da toxunub, yerli komandalara məğlub olmağı bacarmadığı haqda fikrə münasibət bildirib. O deyib:
“Mən dəfələrlə məğlub olmuşam və özümü də normal aparmışam. İnsanıq, aqressiya olur. Ola bilər ki, penalti zərbəsi idi və biz yanılırıq. Buna bir şey demirəm. Sadəcə bizə gəlib ümumi hər şeyi başa salanda deyirlər ki, penalti kosmosdan görünməlidir. Mən istəyirəm ki, oyun daha dinamik keçsin, daha mübarizəli olsun. Amma pauzalar çox oldu. Ola bilər, hakim də öz ritmini itirir. O ki qaldı yerli komandalara məğlubiyyəti qəbul edə bilmədiyimə, əksinədir. Mən çox istəyirəm ki, hər bir komanda "Qarabağ"a qalib gəlsin, klubların rəhbərliyində futbola sevgi çox olsun, maraq böyüsün".
Q.Qurbanov planşeti də penalti epizoduna görə qırdığını söyləyib "Aqressiyaya qaldıqda, biz də insanıq. Ömürboyu sakit ola bilmərik. Normal bir epizoddur. Penalti epizodunu da dedim. Ona görə planşeti vurdum”.
“Neftçi” üçün 26 mümkün rəqibdən 11-i… - Onlar kimlərdir?
“Sabah”ın start heyətini görəndə məyus oldum” - Video
Səhvən əvəzləndi, hakimə əsəbləşdi
"Bəlkə də cəzalanıblar, biz hiss etməmişik" - Rəşad Sadıqov
"Komanda haqda mənfi söz deyə bilmərəm" - Veliçko Kaplanoviç
"Kubokdan sonra oynamaq asan deyildi" - Valdas Dambrauskas
"Hədəfimizə çatdıq, bu gün çox xoşbəxtəm" - Yuri Vernidub
“Sabah” - “Neftçi” matçında dava düşdü
"Neftçi" Konfrans liqasına vəsiqəni təmin etdi
"Neftçi" "Sabah"a, "Zirə" "Sumqayıt"a qalib gəldi
61 ildən sonra çempion oldular
"Real"ı tərk edə bilər
"Sumqayıt"da ciddi itki
“Beşiktaş” 2 milyonluq bonusdan məhrum oldu
Rekordunu təkrarladı
Vurduğu qol ilə transferini rəsmiləşdirdi
"Sabah" - "Neftçi": Heyətlər açıqlandı
"Zirə" - "Sumqayıt": Heyətlər
"Yuventus" uduzub 6-cı pilləyə düşdü
Cənubi Koreya millisinin DÇ-2026 üçün heyəti açıqlandı
Qvardiola "Mançester Siti"dən ayrılır
Bundesliqanın ən yaxşı oyunçusu seçildi
İngiltərə kubokunun tarixinə düşdü
Xabi Alonsonun təyinatı açıqlandı - Rəsmi
Nəriman ehtiyatda qaldı
Harri Keynin növbəti het-triki - Video
Azərbaycan cüdoçularından Avropa Kubokunda uğurlu start
Qvardiola Ferqyusonun rekordunu təkrarladı
14 mövsüm sonra yenidən La Liqada
Cəlal Hüseynov dayanmaq bilmir, yenə qol vurdu - Video
Mourinyo: “Qalma ehtimalım 99 faizdir”
Keyndən yeni rekord
"Real" onu göndərir
Alonso "Çelsi" ilə razılaşıb?
Şamaxıda vurulan 5 qol - Video
"Bavariya" çempionluğunu 5 qolla qeyd etdi
"Mövsüm bitdikdən sonra..." - Jorj Kaşkilya
İngiltərə Kubokunun qalibi "Mançester Siti" oldu