İngiltərəyə mümkün qayıdışından danışdı

İngiltərəyə mümkün qayıdışından danışdı
XƏBƏR 1 Aprel 2025 / 19:32 1953
-  A +

"Bavariya"nın futbolçusu Harri Keyn İngiltərə Premyer Liqasına mümkün qayıdışı haqda danışıb. 

QOL.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. 31 yaşlı hücumçu deyib: 

"Yəqin ki, bu haqda bir neçə təsadüfi hekayələr var. Amma mən tamamilə "Bavariya"ya fokuslanmışam. Bilmirəm, bu cür şayiələr haradan çıxır. Mən burada, Münhen "Bavariya"sında xoşbəxtəm". 

Qeyd edək ki, daha öncə mətbuatda Keynin İngiltərə klubuna qayıtması ilə bağlı xəbərlər yayılmışdı. 

Xatırladaq ki, ingiltərəli hücumçu "Tottenhem"in yetirməsidir və 2023-cü ilə qədər London klubunda çıxış edib. 


Son xəbərlər
17.05.26  17:46

Rekordunu təkrarladı

16.05.26  22:40

Keyndən yeni rekord

16.05.26  22:16

"Real" onu göndərir

topaz banner