Belaruslu futbolçu Nikita Tarbyakov 2024/25 mövsümün birinci yarısında Azərbaycanın 1-ci liqa təmsilçisi “Baku Sportinq”də oynayıb. 4 ay sonra isə o, klubu tərk edib. 22 yaşlı mərkəz müdafiəçisi indi ölkəsinin “Lida” klubunun formasını geyinir.
QOL.az xəbər verir ki, Terbyakov Belarusun football.by saytına açıqlamasında “Baku Sportinq”dən narazılığını bildirib, klubun ona 2 aylıq borcu ödəmədiyini iddia edib.
O, “Baku Sportinq”də uzun müddət qala bilməməsinin səbəblərinə toxunarkən deyib: “Açıq və səmimi danışsaq, “Baku Sportinq” mənimlə düzgün davranmadı. Klub mənə məlum olmayan səbəblərdən Azərbaycanda leqallaşma məsələmi həll edə bilmədi. Buna görə də ilk dövrənin bitməsinə üç tur qalmış Bakıdan ayrılmaq məcburiyyətində qaldım. Çünki miqrasiya xidməti ilə ciddi problemlər yaşamamaq üçün risk etmədim.
Maraqlıdır ki, hava limanında yeni bir problem ortaya çıxdı. Klub mənim müvəqqəti qeydiyyatımı vaxtında etməmişdi, buna görə də 600 Belarus rublundan çox məbləğdə (təqribən 310 manat - red.) cərimə ödədim. Bu azmış kimi, “Baku Sportinq” mənə iki aylıq maaşı da ödəmədi. Klub rəhbərliyi daima vədlər verirdi, amma kartıma heç bir ödəniş gəlmədi. Nəticədə, əməkdaşlığımızı dayandırmaq məcburiyyətində qaldım”.
Məsələ ilə bağlı “Baku Sportinq”in də mövqeyini öyrəndik. Klubun mətbuat xidmətinin rəhbəri Araz Əhmədov QOL.az saytına klubun ona hər hansı borcunun olmadığını bildirib:
“Əvvəlcə onu deyim ki, Tarbyakovun bizim klubumuza gəlməsi ləngidi. Yəni bizim sərəncamımızda vaxtından 8-9 gün sonra oldu. Bildiyiniz kimi, legioner futbolçunun oynaması üçün Peşəkar Futbol Liqasına ödənilməli olan məbləğ var. 5 min manat ödənməli idi. Futbolçunun anlaşdığı menecer var ki, həmin məbləği ödəyəcəklərini bildirmişdilər. Təəssüf ki, futbolçu kluba gəlib məşqlərə başlayandan sonra həmin menecer bundan imtina etdi.
O ki qaldı iki aylıq maaşa, əlsində Nikita bizim klubda 1-ci liqada debut belə etməyib. Biz onun menecerinin imtina etdiyi sənədləri yoluna qoymaq üçün xeyli vaxt və maliyyə sərf etdik. Daha sonra məlum oldu ki, futbolçunun Belarusdan bura gələrək qalma müddəti də bitib. Nikita artıq öz meneceri ilə danışdı ki, burda qalmaq istəmir, ən azından Belarusda yeni bir klubla anlaşa bilər. Bizimlə danışığı belə oldu. Biz isə onun sərbəst qalmaq sənədini verdik. Bu işdə heç bir problem yaratmadıq.
O, Belarusun “Lida” klubu anlaşıb. Onlara məktub yazmışıq ki, Nikitaya qarşı heç bir iddiamız yoxdur. Məsələ ondadır ki, Nikita burda olduğu müddətdə ancaq onun sənədləri ilə məşğul olmuşuq. O, heç bir rəsmi oyunda meydana çıxmayıb. Futbolçu həmin dövr üçün olan maaşı deyir. Amma həmin vaxt futbolçu ilə müqavilə imzalanmamışdı. Müqavilə olsa idi, təbii ki, biz buna əmək edərdik. Amma futbolçu faktiki olaraq oynamayıb”.
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons
“Çempionatda ciddi güc fərqi yoxdur” - Filipe Kandido
Dünya çempionatına vəsiqə qazandıran məşqçi göndərildi
Milliyə kimlər çağırıldı?
"Sabah" - "Şamaxı": Heyətlər
“Qarabağ”da 100-cü oyun
Son 4 mövsümün antirekordu
"İmişli" - "Sumqayıt": Heyətlər açıqlandı
Rusiya klubunun futbolçusu Azərbaycan millisinə çağırıldı
Millinin baş məşqçisi “Qarabağ”ın legionerindən nə gözləyir?
Messi MLS-in ən yaxşı bombardiri oldu
Ağadadaş Salyanski: “Millidən dəvət gözləyirdim”
“Real” rəqiblərinə aman vermir
36-cı dəfə Argentina çempionu oldular
Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir
"Mançester Siti" autsayderə uduzdu, "Arsenal"dan qələbə
La Liqada günün nəticələri
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər