Səudiyyə Ərəbistanı çempionatında "Liverpul"un hücumçusu Məhəmməd Salahın növbəti yay bu ölkəyə keçmək ehtimalının olduğuna inanırlar.
QOL.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
32 yaşlı futbolçunun karyerasını davam etdirmək üçün ən real seçimin "Əl-Hilal" olduğu bildirilir. Lakin misirli futbolçunun 15 iyunda başlayacaq klublararası dünya çempionatına qədər Səudiyyə Ərəbistanı komandasına keçməsi ehtimalı azdır.
Bildirilir ki, Salah hələ də "Liverpul"la hazırkı mövsümün sonunda bitəcək müqaviləsinin uzadılması ilə bağlı danışıqları davam etdirir.
Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm mersisaydlıların heyətində 43 matça çıxaraq 32 qol vurub və 22 qolun ötürməsini edib.
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər