“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk Ukraynanın əsas millisinə ilk dəfə dəvət alması ilə bağlı fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, futbolçu Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına açıqlamasında uzun müddətdir bu anı gözlədiyini bildirib:
“Bu, mənim üçün çox məsuliyyətli məqamdır. Çünki Ukrayna millisinə ilk dəfə dəvət alıram. Buna çox sevindim, uzun müddətdir bu anı gözləyirdim. Bunun həm mənim, həm də ailəm üçün necə böyük sevinc olduğunu anlayıram. Bu anın hər saniyəsindən zövq almaq istəyirəm.
Dəvət mənim üçün bir qədər gözlənilməz oldu. Amma sən həmişə bu şansı gözləyirsən, bunun üçün yaşayırsan, oynayırsan. Düşünürəm ki, baş məşqçi məni milliyə çağırıbsa, deməli, bu dəvətə layiq olmuşam".
Kaşuk millidən dəvət aldığını öyrəndiyi anı da bölüşüb: “Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və baş məşqçinin məni toplanışa dəvət etdiyini bildirdi. Bəzi sənədləri hazırlamağımı istədi. Əvvəlcə çox təəccübləndim. Amma milliyə düşməyi çox istəyirdim və bunun üçün çox çalışmışam. İndi şansımdan maksimum istifadə etmək üçün əlimdən gələni edəcəyəm".
Kaşuk millidə xoş qarşılandığını da əlavə edi: "Komandada məni çox isti qarşıladılar. Bütün futbolçular mənim adıma sevindi, baş məşqçi də şəxsən təbrik etdi. Bu, çox xoş idi. Məşqçilər korpusu digər liqalarda çıxış edən futbolçuları da izləyir. Hər kəs üçün özünü göstərmək, milliyə dəvət almaq imkanı var. Oynayırsansa, nəticə verirsənsə, komandan qalib gəlirsə, daim diqqət mərkəzində olursan və şansını gözləyirsən.
Hazırda karyeramın ən yaxşı dövründəyəmmi? Bunu demək çətindir. Amma özümün ən yaxşı versiyama çevrilmək üçün çalışıram. Milliyə dəvət almaq və özümü daha yaxşı tərəfdən göstərmək mənim üçün ikiqat motivasiyadır”.
Qeyd edək ki, Kaşuk bu mövsüm "Qarabağ"la bütün turnirlərdə 18 oyunda meydana çıxıb, 5 qol vurub və 1 qolun ötürməsini edib.
Ukrayna millisi UEFA Mİllətlər Liqasında noyabrın 14-də Şimali İrlandiya, noyabrın 17-də isə Gürcüstanla qarşılaşacaq.
Fonsekanı o əvəzlədi
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab
"Barselona"nın geridönüşü - Video
Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
"Fənərbaxça" 5, "Beşiktaş" 3 qolla qalib gəldi