“Tottenhem” komandaya liderlik edəcək hücumçu axtarır

“Tottenhem” komandaya liderlik edəcək hücumçu axtarır
DÜNYA FUTBOLU 10 Noyabr 2026 / 19:00 109
-  A +

“Tottenhem” uzunmüddətli perspektivdə komandanın liderinə çevrilə biləcək hücumçu transfer etməyi hədəfləyir.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Devid Ornşteyn “The Athletic”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, London klubu uyğun namizəd tapacağı təqdirdə böyük məbləğ xərcləməyə və baş məşqçi Roberto De Zerbinə transfer məsələsində dəstək verməyə hazırdır.

“İdeal halda komanda yeni hücumçu transfer etməlidir. Bu futbolçu növbəti 10 il ərzində komandanın əsas simalarından birinə çevrilə bilər. Son hadisələr göstərir ki, klub böyük transferə imza atmağa, bunun üçün ciddi vəsait xərcləməyə və Roberto De Zerbinə dəstək verməyə hazırdır. Klubun ambisiyaları böyükdür. Buna görə də transfer bazarında uyğun namizəd ortaya çıxarsa, onun heyətə cəlb olunacağına şübhə etmirəm”.

Qeyd edək ki, “Tottenhem” Premyer Liqada 10 turdan sonra 12 xalla 11-ci pillədə qərarlaşıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner