A seriyası klubu yeni baş məşqçisini açıqladı

A seriyası klubu yeni baş məşqçisini açıqladı
DÜNYA FUTBOLU 10 Noyabr 2026 / 21:09 116
-  A +

İtaliyanın “Sassuolo” klubunun yeni baş məşqçisi bəlli olub.

QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Komandanın yeni çalışdırıcısı Roberto D'Aversa təyin olunub. Mütəxəssisin məşqçilər korpusuna Salvatore Sullо, Marko Piççone, Marko Ridjo, Paolo Ronqoni, Françesko Petrunqaro, Andrea Rinaldi, Simone Vinyudelli və Marko Bitsarri daxil edilib.

Xatırladaq ki, klub ötən gün baş məşqçisi Alberto Akvilani və onun məşqçilər heyəti ilə yollarını ayırdığını açıqlamışdı. Qərar komandanın A Seriyasında ardıcıl 5-ci məğlubiyyətindən sonra qəbul edilib.

Qeyd edək ki, “Sassuolo” A Seriyasında 8 turdan sonra 8 xalla 17-ci pillədə qərarlaşıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner