"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 3-cü turunda "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
"Qəbələ" yaxşı komandadır. Son iki oyunda bunu göstərdilər. Ağır oyun oldu. Üstünlük bəzən bizdə, bəzən isə rəqib tərəfdə olurdu. Əzmkar qələbə qazandıq. Komandanı təbrik edirəm".
Mütəxəssis yeni transferləri Coşqun Diniyev haqda danışıb: "Coşqun Diniyev istədiyim futbolçudur. Onun transferi komandamıza faydalı olacaq. Ona inanırıq. Hər zaman yerli futbolçulara güvənmişik. İkinci hissədə 6-7 yerli futbolçu meydanda idi. Həm yaxşı yerli, həm də güclü legionerlər futbolçularımız var. Futbolçunu yerli və legioner deyə seçmirik. Kim oyuna hazır olursa, ona da şans veririk".
E.Baxşıyev qapıçıları Süleyman Həsənov barədə də söz açıb: "O, gənc qapıçıdır. Üzərində işləməlidir. Bu gün Premyer Liqada oynamağa hazır deyil, amma perspektivli qapıçıdır".
O, Ramon Maçadonun durumundan danışıb: "Maçado məşqlərə başlayıb. Ümid edirik ki, millinin oyunları ilə əlaqədar yaranmış fasilədən sonra o da komandamıza qoşulacaq".
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi