"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 3-cü turunda "Kəpəz"ə 5:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal qazandıq. Milli fasilədən öncə qalib gəlmək vacib idi. Biz "Kəpəz"dən daha hazırlıqlı idik. Çünki iyun ayının ortalarında yeni mövsümün hazırlığına başlamışıq. Bizim futbolçuların rəqibdən daha hazırlıqlı olması normaldır. Bu, oyunun gedişatına təsir edirdi. Bilirik ki, rəqibdə seleksiya gec oldu. Hətta son günlərdə iki yaxşı oyunçu transfer ediblər. Düşünürəm ki, "Kəpəz" 3-4 turdan sonra çox təhlükəli komandaya çevriləcək və çempionata rəng qatacaq. Futbolçularım ilk dəqiqədən meydanda məsuliyyət göstərdilər. Nəticə və oyun iki komanda arasındakı fərqin göstəricisi deyil. "Kəpəz"ə növbəti turlarda uğurlar arzulayıram.
- Brahim Konate dayaq yarımmüdafiəçisi mövqeyində oynayırdı. Təlim-məşq toplanışında bunu sınamışdınız?
- Konate "Şamaxı"da da dayaq yarımmüdafiəçisi mövqeyində oynayırdı. Amma orada sistem bir az fərqli idi, hücumlarda çox fəal iştirak edirdi. Konatenin universal futbolçu olduğunu bilirik. Təlim-məşq toplanışı zamanı onu daha çox oyunqurucu kimi hazırlayırdıq. İsmayıl İbrahimlinin mikro-zədəsi var idi. Həm də milli komandanın toplanışına qoşulacaq. Buna görə də onu qoruduq. Həm də fürsətdən istifadə edib Konateyə şans verdik ki, o da formasını bərpa etsin. Dayaq yarımmüdafiəçisi mövqeyində özünü yaxşı göstərdi.
- Yeqor Boqomolski və Leroy Mikelsin performansını necə dəyərləndirirsiniz?
- Futbolçuların debüt etməsi bizim üçün xoşdur. Uğurlu olanda ikiqat xoş olur. Leroy oyuna inamlı qoşuldu. İki ay futbol oynamayıb. Uzun fasilədən sonra çox oynaması da risklidir. Boqomolski də oyuna çox yaxşı qoşuldu. Hər ikisi hücumdakı oyunumuzu sürətləndirdilər. İstəyirik ki, hücum xəttində rəqabəti artıraq. Bu, vacibdir. Bütün futbolçular tonusda olmalıdır. (sportal.az)
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş