“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Qara Qarayev dünən Misli Premyer Liqasının 3-cü turunda “Qəbələ”yə qarşı keçirilən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Çətin oldu. “Qəbələ” yeni yığılmış komanda olsa da, sistemlə oynayırlar. Son vaxtlar qələbəyə köklənmişik. Qazanılan hər 3 xal bizim üçün vacibdir. Layiqli qollar vurduq. İlk hissədə əsas işi bitirdik. Yaxşı kollektivimiz var. Daha bərk olmalı, keyfiyyətimizi artırmalıyıq.
- İkinci hissədə daha çox müdafiəyə diqqət ayırdınız. Bu, nədən irəli gəlirdi?
- Ehtiyat edirdik. Ola bilər üstünlüyü rəqibə verək. Çünki indiki məqamda gözəl oyundan çox qələbə vacibdir. Bu, məsuliyyətdən irəli gəlir.
- Komanda Konfrans Liqasında “Omoniya” ilə oyunlardan sonra psixoloji gərginliyi üzərindən ata bilib?
- Psixoloji baxımdan vəziyyət pis deyil. Haqqımızda olan düşüncələri dəyişmək üçün vaxt lazımdır. “Omoniya” həqiqətən də güclü komandadır. Heyətlərində çox yaxşı futbolçular var.
- 3 oyuna 7 xal qazanmısınız. Startı uğurlu saymaq olar?
- 3 oyuna 7 xal pis nəticə deyil. Amma bu gün nəticə həlledici rol oynamır. Əsas olan mayda hansı nəticəyə imza atmağımızdır.
- Mustafa Əhmədzadə zədəsini bərpa edib, Coşqun Diniyev transfer olunub. Demək olar ki, “Araz-Naxçıvan”ın orta xəttində sizin üçün rəqabət daha da artıb?
- Rəqabətə girəcək dövrüm deyil. Əlimdən gələni edəcəm ki, komanda yoldaşlarıma dəstək olum. Eləcə də “Araz-Naxçıvan”ın uğurlarında rolum olsun.
- “Qəbələ” ilə matçda ilk dəfə “Araz-Naxçıvan”ın kapitan sarğısını daşıdınız...
- Bu, baş məşqçinin qərarıdır. Əsas kapitanımız Urfan Abbasovun yoxluğunda kapitan mən olacam. Əlimdən gələni edəcəm ki, baş məşqçinin etimadını doğruldum.
- Bu günlərdə milli komandamızın heyəti açıqlandı və həmişə kimi “Araz-Naxçıvan”dan heç kim dəvət almadı. Buna münasibətiniz necədir?
- Bu suala baş məşqçi, klub rəsmiləri cavab versələr, daha yaxşı olar. Çünki mən hisslərimlə cavab versəm, bu da etik olmaz. Düşünürəm ki, millidə oynayacaq futbolçularımız var. Məsələ kiminsə klubda oynayıb-oynamaması da deyil. Çünki xeyli oyunçu saya bilərəm ki, milliyə klubunda oynamadan, yaxud zədəli şəkildə gəliblər, hətta yığmada zədəsini bərpa edənlər də olub. Məncə, “Araz-Naxçıvan”dakı təcrübəli uşaqlar milliyə kömək etməyə qadirdirlər. Ümid edirik ki, gələcəkdə “Araz-Naxçıvan”dan da milliyə çağırılanlar olacaq.
- Mövsümün əvvəlində bəzi klublar iddialarını ortaya qoydular, çempionluq uğrunda mübarizə aparacaqlarını açıqladılar. “Araz-Naxçıvan”ın da iddiası çempionluqdur?
- Nəinki bu gün, hətta gələcəkdə baş məşqçi, yaxud klub idarəçisi olsam belə, yenə də söz vermərəm. İdmanda söz yoxdur. Kim söz verirsə, məncə, hesablanmamış bir şeydir. İllərdir “Qarabağ”ı çempion edən Qurban müəllim belə, bu sözü demir. Ehtimal edir ki, hansısa problemlə qarşılaşa bilər. Söz vermək yox, iş görmək lazımdır.
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video
Montelladan məğlubiyyət şərhi
Braziliyanın Haitiyə vurduğu 3 qol - Video
Canlı yayımda ağladı, təsirli çıxış etdi - Video
Çalhanoğlu üzr istədi
Türkiyəyə qol vurdu, ən yaxşı seçildi
Türkiyə istədi, bayraq yerə qoyulmadı
Seneqal millisində böhran
ABŞ millisindən son 96 ilin ən yaxşı nəticəsi
Ardıcıl ikinci dəfə matçın ən yaxşısı seçildi
Şotlandiya - Mərakeş: Heyətlər açıqlandı
ABŞ millisi ardıcıl ikinci qələbə ilə "pley-off"da
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi