"İmişli"nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 3-cü turunda "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
“Futbolçularımı təbrik edirəm. Böyük iş gördük. Bu günkü qələbə zəhmətimizin bəhrəsidir. İlk hissə çox çətin alındı. “Sabah” güclü pressinq tətbiq etdi. Onların qol vurmasına imkan vermədik, özümüz isə əks-hücumlara bel bağladıq. Nəticədə fürsətimiz oldu, amma Almeyda şansını qaçırdı.
Fasilədən sonra oyun yenə çətin keçdi. “Sabah” yüksək pressinq göstərirdi, amma biz fiziki cəhətdən hazır idik. Yaxşı müdafiə olunduq və hücumlara çıxa bildik. İlk qolumuzu üçüncü turda vurduq. Bu qoldan sonra daha sərbəst oynamağa başladıq, qələbə qazana biləcəyimizə inandıq və motivasiyamız artdı”.
"Şəfa"dan 12-ci transfer
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər