Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Məlum olduğu kimi, "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi sayəsində Ağdam təmsilçisinin U-19 komandası də Gənclər Liqasının əaas mərhələsinə adlayıb.
Rəşad Sadiqovun baş məşqçilik etdiyi kollektiv "Benfika", "Kopenhagen", "Atletik", "Çelsi", "Napoli" və "Ayaks"la qarşılaşacaq.
36 komandanın 6 turda mübarizə aparacağı mərhələdə 1-22-ci yerin sahibləri 1/16 finala yüksələcəklər.
Bəs, "Qarabağ" U-19 bu matçlara hazırdırmı? Komanda oyunlarını hansı arenada keçirəcək? "Qarabağ" U-19-un ÇL-də mübarizə aparması Azərbaycan futboluna nə verə bilər?
Bu haqda "Qarabağ" Futbol Akademiyasının meneceri Nail Kərimovun danışıb.
O, əvvəlcə komandanın rəqibləri haqda fikirlərini bölüşüb: "Rəqiblərimizin hər biri Avropada öz akademiyaları ilə tanınırlar. "Kopenhagen" insanlara daha sadə gələ bilər. Amma hamımız bilirik ki, "Kopenhagen" son illərdə necə inkişaf edib. Avropada artıq böyük ad sahibinə çevriliblər. Danimarkalı futbolçular artıq Avropanın hər tərəfinə yayılıblar. Yəni, bəlkə də ad bizi aldadır. Amma əminəm ki, "Kopenhagen" akademiyası da digər rəqiblərimizdən geri qalmır. "Qarabağ" vaxtilə "Çelsi" ilə oynayıb. Bizim koordinatorumuz Aftandil Hacıyev ötən il "Benfika"ya səfər etmişdi. "Ayaks"ın futbol fəlsəfəsi ilə bağlı da məlumatımız var. Mən bir neçə dəfə onların akademiyasını ziyarət etmişəm. "Atletik"i xüsusi qeyd etmək istəyirəm. Hətta magistratura təhsilimdə Bilbao akademiyası ilə əlaqədar tezis hazırlamışam. "Napoli" isə uzun illərdir ki, İtaliyanın cənubunda futbolçu istehsal edən fabrik kimi fəaliyyət göstərir. Hazırda rəqiblər barədə sırf ad olaraq danışa bilərik. Onların oyunu haqda isə əlbəttə ki, analizlərdən sonra danışa biləcəyik".
Mütəxəssis "Qarabağ" U-19-un ÇL matçlarına hazır olub-olmadığı haqda bunları söyləyib: "Reqlamentə əsasən, öz akademiyamızın yetirməsi olması şərti ilə, üç 2006-cı il təvəllüdlü futbolçumuz meydana çıxa bilər. 2007-ci və daha aşağı təvəllüdlü futbolçuların hər biri oynaya bilər. Oyun protokolundakı 20 futbolçudan minimum 14-ü öz yetirməmiz olmalıdır. Yəni, minimum 2 il bizim akademiyamızın tərkibində yer almalıdır. Digər 6 futbolçu isə öz ölkəmizin digər klublarının oyunçuları və ya legionerlər ola bilər. Bəzi futbolçularımız U-19-da, bəziləri isə əvəzedici komandadadır. Biz oyunlardan əvvəl futbolçuları bir araya toplayıb məşqlər keçəcəyik. Bunun üçün çox az vaxtımız qalıb. Həmçinin bir neçə legioner futbolçu gətirməyi planlaşdırırıq. Danışıqlarımız artıq son mərhələdədir. Hazır olub-olmayacağımızı zaman göstərəcək".
O, vurğulayıb ki, komanda Çempionlar Liqası matçlarını "Azersun Arena"da keçirəcək: "Oyunlarımızı bizim doğma stadionumuzda - "Azersun Arena"da keçirəcəyik. Yəni, UEFA-nın qəbul etdiyi adla "Qarabağ Stadionu"nda".
N.Kərimov "Qarabağ" U-19-un UEFA Gənclər Liqasında iştirakının bütün klub üçün vacib olduğunu deyib: "Qarabağ" U-19-un Çempionlar Liqasında oynamağı həm komanda, həm klubun digər üzvləri üçün böyük motivasiyadır. Bəlkə də bu, hamımız üçün ən maraqlı məqamlardan biridir. Çünki bu liqa gənclərin özünü göstərməsi üçün Avropada ən böyük platformadır. Özümüzü, oyunçularımızı, səhvlərimizi görəcəyik. Bu, bizim üçün bir test olacaq. Həm də ümid edəcəyik ki, hansısa futbolçumuz Avropa klublarının diqqət mərkəzinə düşsün. Məncə, bu məqamlar komandamızın ÇL-də oynamasının Azərbaycan futbolu üçün necə əhəmiyyətli olduğunu da göstərir".
Klub meneceri qeyd edib ki, bu hadisə bütün Azərbaycan futbolu üçün əhəmiyyətlidir: "Azərbaycan futbolunda elə bir mənzərə yaranıb ki, davamlı şəkildə yaxşı yerli futbolçunun olmadığı danışılır. Yaxşı yerli futbolçunun yetişməsi üçün bu cür matçlar, platformalar önəmli rol oynayır. Bayaq qeyd etdiyim kimi, bu, rəhbərliyimiz üçün də motivasiyadır. "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsinə yüksəldiyi üçün UEFA-dan klubumuza müəyyən məbləğdə ödəniş ediləcək. Bu məbləğin müəyyən bir qismi də akademiyaya, yeniyetmə futbolçuların inkişafına yönəldiləcək. Digər bir tərəfdən Azərbaycan futbolu gənclər baxımından Avropanın ən böyük platformasında təmsil olunacaq".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi