"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 3-cü turunda "Karvan"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan danışıb.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Futbolçularımı təbrik edirəm. Asan qələbə deyildi. Belə şəraitdə, belə meydançada futbolçuları motivasiya etmək asan deyil. Lakin yenə də bacardılar. Bizim üçün vacib oyun idi. Futbolçularıma təşəkkür edirəm. Xeyli azarkeşimiz var idi. Onlara da minnətdaram. Azər Haşımova uğurlar arzulayıram. Premyer Liqada yeni kollektivlə iştirak edirlər. Əvvəlki oyunları da çox yaxşı səviyyədə keçirmişdilər. Bu gün də çox yaxşı oyun qurmuşdu, qapımız qarşısında xeyli sayda təhlükəli epizod da yaratdılar. Get-gedə də daha da yaxşı kollektiv və daha yaxşı nəticələri olacaq.
- "Benfika" ilə oyuna hazırlaşan "Qarabağ" üçün "Karvan-Yevlax"la matça köklənmək çətin deyil?
- Düzü, hələ o oyuna hazırlaşmaq barədə düşünmürdük. Sadəcə "Karvan"la matçı fikirləşirdik. Avrokuboklar matçından, o atmosferdən çıxıb, bu gün belə şəraitdə oynamaq var idi. Ona görə dedim ki, "Ferensvaroş"la matçdan sonra futbolçuları bu oyuna motivasiya etmək asan deyildi. Amma illərdir ki, belə hallar olur. Çox istəyərdik ki, daha yaxşı meydançada, daha çox azarkeş olsun. Bu iki amil futbolçular üçün çox önəmlidir. İstirahətdən sonra "Benfika" ilə oyuna hazırlaşacağıq.
- Kamilo Duran debüt etdi, amma Dani Montieli hələ ki görməmişik. Onun durumu necədir?
- Burada elə bir ciddi problem yoxdur. Sadəcə hazır deyil. Altı aydan çoxdur ki, komanda ilə məşq etməmişdi, fərdi hazırlaşmışdı. Hələ idman formasından uzaqdır. Düzdür, kollektivlə məşqlərə qoşulub. Amma hələ bu cür oyunları oynayacaq gücdə deyil. Daha da çox vaxt lazım olacaq. Çempionata verilən fasilədə inanıram ki, özünə yavaş-yavaş gələcək. Qarşıdakı matçlarda ilk dəqiqələrdən yox, sonradan oyuna çıxmaq şansı olacaq.
- Son günlərdə "Neftçi"nin "Qarabağ"ı ÇL-in əsas mərhələsinə düşməsi münasibəti ilə təbrik etməməsi müzakirə edilir. Sizə görə, "Neftçi" tərəfinin "Qarabağ"ı təbrik etməməsi düzgündür?
- Samir həmişə telefonla təbrik edir. Elçin müəllimlə həmişə əlaqə saxlayır. Demək olar ki, bütün matçlardan sonra zəngləşib, təbriklərini çatdırır. Düzünü desəm, bu məsələyə ciddi də yanaşmamışdım. Amma hər klubun da öz yanaşması var. Bu gün buna görə "Neftçi"dən incidim deyə, bir şey yoxdur. Hərənin yanaşması, hər bir klubun idarə edilməsi fərqlidir. "Neftçi" hamımızın "Neftçi"sidir. Samir bizim dostumuzdur, rəhbərlikdəkilər də dostlarımızdır. Çox yaxşı münasibətlərimiz var. Rəhbərlikdən də oyundan sonra şəxsən mənimlə əlaqə saxlayanlar çox olub, təbrik ediblər. Rəsmi, yazılı formada olmayıb, bunu ciddiyə də almıram.
- Samba Sumano və Juninyonun "Qarabağ"a keçidi məsələsi nə dərəcədə doğrudur?
- Bəli, danışıqlar gedir. Biz tərəfimizdən ciddi təklif də olub. Ola bilər ki, biz Çempionlar Liqasının əsas mərhələsinə düşdük deyə, qarşı tərəf daha çox yuxarıdan getməyə başladı. Biz də danışıqlar aparırıq. Vaxtımız azdır. Hər bir halda, son dəqiqəyə qədər danışıqlar gedəcək. Birdən-birə danışıqlar çox çətinləşməyə başladı.
- Çempionlar Liqasının təqvimindən razısınız?
- Normaldır. Əsas mərhələdir də. Bir deyim var, keçəl Həsən, Həsən keçəl, ikisi də eynidir.
- Legioner limitinin ləğvi Azərbaycan futboluna nə verdi, nə aldı?
- Fikir bildirmək tezdir. Çempionatın gedişatında baxacağıq. Komandalar da keçən mövsümə nisbətən, bəlkə, daha da ciddiləşib, daha da fərqli olub. (sportal.az)
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi