"Karvan"ın baş məşqçisi Azər Həşimov Misli Premyer Liqasının 3-cü turunda "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Qarabağ"ı Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edirəm. Üçüncü oyunumuzdur ki, oynayırıq. Hər görüşdən sonra öz oyunumuzu təhlil edirik, daha da yaxşı olmağa çalışırıq. Yevlaxdan gələrək, bizə dəstək olan azarkeşlərə də təşəkkür edirəm. Bizi tək qoymurlar. "Qarabağ"ın çox güclü olması hamıya bəllidir. Döyüşkən mübarizə apardıq. Birinci hissədə də iki qol imkanımız var idi. İkinci hissədə isə "Qarabağ" 2-ci qolu vurdu, qalib gəldi. "Qarabağ"a çempionatda və ÇL-də uğurlar arzulayıram.
- "Qarabağ"la oyun üçün futbolçuları motivasiya etməyə ehtiyac var idi? Çünki rəqib ÇL-də əsas mərhələdə çıxış edəcək...
- Oyundan öncə futbolçularla danışmışdıq. "Qarabağ"a qarşı oynamağın özü elə futbolçular üçün motivasiyadır. "Qarabağ" Azərbaycanın fəxridir. Hər bir futbolçu istəyər ki, "Qarabağ"a qarşı daha yaxşı oynayıb, özünü yaxşı tərəfdən göstərsin. Futbolçularıma aşılayırıq ki, heç bir rəqibdən çəkinmək lazım deyil. Rəqibə hörmətlə yanaşmaq lazımdır, amma adlar önəmli deyil, komandadır önəmli olan. Məğlub olsaq da, uşaqlar sona qədər mübarizə apardı.
- Premyer Liqada artıq üç oyuna çıxmısınız. Məqsədlər dəyişib?
- Yenə də fikrimiz Premyer Liqada qalmaq və daha yaxşı olmağa can atmaqdır. Birinci oyundan sonra da demişdim ki, heç bir komandaya asanlıqla uduzmayacağıq. Çünki futbolçuların işə yanaşmasını da görürük. Biz də məşqçi olaraq, oyunları analiz edirik. Daha yaxşı olmağa, yaxşı komanda formalaşadırmağa çalışırıq. İstəyirik ki, komandamız döyüşkən, mübariz futbol oynasın və bizi sevən azarkeşləri sevindirək. (sportal.az)
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə