Braziliya futbolu indi doğma birini itirmiş insana bənzəyir: hamı təsəlli verir, idmanda hətta belə rüsvayçı hadisələrin ola biləcəyini də deyir. Sözüm bunda deyil, DÇ-2014-ün ev sahiblərinin Almaniyaya rüsvayçı məğlubiyyətinə də toxunmayacam. Onsuz da 1:7 hesabı hər şeyi deyir.
Deməli, Braziliya üçün bu ağır gündə dünya futbolunun ağsaqqalı Pele də həmvətənlərinə dəstək olmaq qərarına gəlib və özünün Tvitter səhifəsində görün nələr yazıb: “Biz dörd il sonra Rusiyada altıncı dəfə dünya çempionu olacağıq”. Təsəlli görmüşdük, eşitmişdik, amma daha beləsi olmamışdı. Bəli, belə bir məqamda bu fikirləri söyləmək yas sahibinə ölən adamının tezliklə diriləcəyini deməsinə bənzəyir. Əslində bunu Pele yox, bir başqası söyləsə, bəlkə möcüzə baş verər, ölü həqiqətən də dirilər və gedib 2018-ci ildə Rusiyada dünya çempionu olar. Amma bir komanda haqda ki proqnozu Pele verir, demək, o komandadan əlinizi bəri başdan üzmək lazımdır. Çünki Azərbaycan milli komandasının futbol üzrə dünya çempionu olmaq ehtimalı Pelenin proqnozunun doğrulma ehtimalından yüz dəfə çoxdur.
Sizi çox yormayıb, gələk Pelenin son 20 ildə keçirilən mundiallarla bağlı verdiyi və bütün dünyanın məsxərəyə qoyduğu ən yaddaqalan proqnozlarına...
Pele DÇ-1994 haqda: Çempion Kolumbiya olacaq (Kolumbiya nəinki çempion ola və ya pley off-a çıxa bilir, öz qrupunda sonuncu yeri tutur, mundialın ən zəif komandalarından olur).
Pele DÇ-1998 haqda. Çempion İspaniya olacaq (İspaniya da elə Kolumbiyaya bənzər nəticə göstərir, sadəcə, qrupu dördüncü yox, üçüncü yerdə başa vurur, qrupdan çıxa bilmir)
Pele DÇ-2002 haqda. Çin çempionatın sürpriz komandası olacaq (Çin qrupdakı üç oyunun hamısında uduzaraq sonuncu olur, qapısından doqquz qol buraxır, bir qol belə vura bilmir).
Pele DÇ-2002 haqda. Finalda Argentina və Fransa oynayacaq və Braziliya çempionatla erkən vidalaşacaq (Braziliya mundialla nəinki erkən vidalaşmadı, hətta finala çıxaraq və orada Almaniyanı məğlub edərək dünya çempionu oldu).
Və nəhayət, Pele DÇ-2014 haqda. Braziliya və İspaniya finalda oynacaq, Neymar isə bu çempionatın tapıntısı olacaq.
İspaniyanın taleyi hamınıza məlumdur. Bu çempionatda futboldakı İspaniya imperiyası süquta uğradı.
Bəli, Pele kimin haqda proqnoz veribsə, loru dildə desək, onun beli qırılıb. “Futbol kralı”ın çempionatın tapıntısı olacağını dediyi Neymar yarışdan belini tuta-tuta xəstəxanaya getdi...
İkinci finalçı dediyi Braziliyaya isə... hamı yas tutur.
Deməli, belə məqamda deyiləcək bir söz qalır: rədd olsun, Pelenin proqnozu!
Aydın BAĞIROV
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov
"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
Azərbaycan millisi Farer adalarına da böyük hesabla uduzdu
"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
Kvaratsxeliya ÇL tarixinə belə düşdü
Elşən Abdullayev mükafatlandırıldı
"Real" ilk dəfə belə uğur qazanır
"Sportinq"in baş məşqçisi 5:0-dan danışdı
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər
Premyer Liqada daha 5 oyunun hakimləri açıqlandı
ÇL-in oyunları bu kanallarda
Qvardiola "Mançester Siti"dəki gələcəyi ilə bağlı nə dedi?
"Neftçi”yə təklif olunan həmin futbolçular mənə lazım deyil”
"Bodo-Qlimt"in baş məşqçisindən vida açıqlaması
Liverpul küçələrində "Qalatasaray" atəşfəşanlığı - Video
AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununda
"Real" "Mançester Siti"yə belə qalib gəldi - Video
Riçard Almeydanın yeni klubu
Seneqaldan çempionluq alınıb Mərakeşə verildi! - Şok qərar
"Bodo-Qlimt" ÇL-lə vidalaşdı, "Real" və PSJ 1/4 finalda
"Fənərbaxça"dan böyükhesablı qələbə
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi