"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi

"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
XƏBƏR 15 Sentyabr 2026 / 14:54 138
-  A +

"Araz-Naxçıvan" heyətinə iki yeni legioner futzalçı cəlb edib.

Bu barədə QOL.az-a müsahibəsində klubun prezidenti Mahmud Sadıqov məlumat verib.

Onun sözlərinə görə, iranlı yarımmüdafiəçi Mehrdad Kərimi və braziliyalı hücumçu Yaqo Enrike transfer edilib və hər iki futzalçı ilə 1 illik müqavilə imzalanıb.

Klub rəhbəri onu da bildirib ki, yanvar ayına qədər başqa transfer olmayacaq.

Qeyd edək ki, Yaqo Enrike ötən il 1 ay icarə əsasında "Araz-Naxçıvan"da çıxış edib.


Qarabağ FK
Son xəbərlər
topaz banner