PSJ-də itki

PSJ-də itki
DÜNYA FUTBOLU 15 Sentyabr 2026 / 11:31 882
-  A +

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi zədələnib.

QOL.az xəbər verir ki, o, Liqa 1-in “Brest”lə oyununda (1:0) sıradan çıxıb.

27 yaşlı mərakeşli futbolçunun sağ bud nahiyəsində zədə aşkarlanıb. Hakimi həmin görüşdə 39-cu dəqiqədə əvəzlənib.

Klubun yaydığı məlumata görə, müdafiəçi yaxın iki gün ərzində həkimlərin nəzarətində olacaq. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, PSJ 5-ci turda bazar günü səfərdə “Marsel”lə qarşılaşacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner