İkardinin “Latsio”ya transferi təxirə düşdü

İkardinin “Latsio”ya transferi təxirə düşdü
DÜNYA FUTBOLU 15 Sentyabr 2026 / 19:12 331
-  A +

Mauro İkardinin “Latsio”ya transferi baş tutmayacaq.

QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, argentinalı hücumçu ilə danışıqların dayanmasından sonra futbolçu azad agent olaraq qalacaq və digər təklifləri dəyərləndirəcək.

Qeyd olunur ki, “Latsio”nun İkardiyə təklif göndərməməsinin əsas səbəblərindən biri klubun maliyyə vəziyyətidir. Paytaxt təmsilçisi futbolçunun tələb etdiyi məbləğə uyğun müqavilə və maaş təklif edə bilməyib.

Digər səbəb isə baş məşqçi Cennaro Qattuzonun mövqeyidir. İtaliyalı mütəxəssis İkardini komandada görmək bir o qədər də maraq göstərmir və transfer pəncərəsinin sonunda Andrea Pinamontini əsas hücumçu olaraq seçib.


Qarabağ FK
Son xəbərlər
topaz banner