“Sabah”ın polşalı müdafiəçisi Timoteuş Puxaç Misli Premyer Liqasının 5-ci turundan "Şəfa"ya qarşı matçdan (3:0) sonra jurnalistlərin suallarını cavablandırıb
– Oyun barədə nə deyə bilərsiniz?
– Bəli, yaxşı iş gördük. Rəqibə yuxarıdan aşağı baxmadıq və üç xal qazandıq. Qapımızı toxunulmaz saxlamağımız da çox vacibdir. Amma deyim ki, möhkəm komandadır. Gücə əsaslanan futbol oynayırlar, müdafiədə yaxşı təşkilatlanıblar, xüsusilə də ilk dəqiqələrdən.
– Onları nəyin hesabına məğlub etdiniz?
– Yüksək ustalığa malik futbolçularımız rəqibi üstələməyin və qol vurmağın yollarını tapdılar. Nəticədən razıyıq. İndi məşqlərimizi və “İmişli” ilə oyuna hazırlığımızı davam etdirəcəyik. Bütün diqqətimizi Azərbaycan Premyer Liqasına və Çempionlar Liqasına yönəltmişik.
– Çempionlar Liqasından sonra Premyer Liqa oyunlarına köklənmək çətin deyil?
– Mənim üçün yox. Ötən il bizə çempionluğu məhz belə oyunlar qazandırdı. Çempionlar Liqasında oynamaq “Qarabağ” və ya “Neftçi”yə qarşı matçlardan heç nə ilə fərqlənmir. Həmişə üç xal uğrunda mübarizə aparırsan. Üç xal elə üç xaldır, başqa cür olmur. Buna görə diqqəti qorumaq vacib idi və biz bunu bacardıq.
– “Mançester Yunayted”lə səfər oyunundan (0:4) sonra Çempionlar Liqasının əsas mərhələsinin səviyyəsi barədə nə deyə bilərsiniz?
– Açığı, oyunu əhatə edən hər şey – azarkeşlər, himn və sair, əlbəttə, möhtəşəmdir. Amma sonda meydana 11 nəfər 11 nəfərə qarşı çıxır. Mənim üçün “Mançester Yunayted”lə, yoxsa “Şəfa” ilə oynamağın fərqi yoxdur. Mən maksimumumu göstərməliyəm. Bütün bu ab-hava azarkeşlər üçündür, futbolçular üçün yox. Futbolçular meydana və yalnız meydana köklənməlidirlər. Baxmayaraq ki, səviyyə, şübhəsiz, fərqlidir. Dünyanın ən yaxşı komandalarından və ən yaxşı futbolçularından bəzilərinə qarşı oynayırıq.
– Meydanda fərqi hiss etdiniz?
– Onların dəyəri yüz milyonlarla avrodur və bu, ustalıqlarından görünür. Amma yenə deyirəm, fərq yoxdur. Hər üç gündən bir meydana çıxıb oynamaq və nəticə göstərmək lazımdır. İndi Premyer Liqadakı növbəti rəqibimizi gözləyirik.
– Siz “Zirə”ni 5:0 hesabı ilə məğlub etdiniz, “Qarabağ” isə onlarla 1:1 hesablı heç-heçə etdi. Bu haqda nə deyərdiniz?
– Mənim üçün bunun əhəmiyyəti yoxdur. Mənim komandam “Sabah”dır. Yalnız öz nəticələrimizə köklənmişəm. Digər komandaları izləmirəm. Kimin hansı nəticəni göstərməsi mənim üçün önəmli deyil. Məni yalnız “Sabah”ın nəticəsi maraqlandırır.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı