Misli Premyer Liqasının 5-ci turu çərçivəsində "Sabah" "Şəfa"ya 3:0 hesabı ilə qalib gəlib.
QOL.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas oyundan sonra keçirilən mətbuat konfransında matç barədə fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablayıb:
“Çempionlar Liqasından sonra belə oyunlara köklənmək çətindir. Amma futbolçularımın yanaşmasından razı qaldım. Yaxşı oynadıq. “Old Trafford”dan sonra bura gəlib oynamaq asan deyil. Bəyənmədiyim məqamlar da oldu. İlk hissədə səhvlərə yol verdik və bundan sonra rəqib qapımıza 5-6 zərbə endirdi. İngiltərədəki oyunda da belə səhvlər etmişdik.
Rotasiyalar etdik. Matça yaxşı və yüksək intensivliklə başladıq. İlk hissədə iki qol vurduq, daha çox da vura bilərdik. “Şəfa”nın da haqqını vermək lazımdır. Onlar yaxşı oynadılar. İkinci hissəyə də yaxşı başladıq və topa daha çox sahib olduq. Ümumilikdə razı qaldım. Bəzi futbolçulara istirahət verdim. Qarşıda “İmişli” ilə oyun var və ona hazırlaşacağıq".
- “Sabah”ın “Mançester Yunayted”ə qarşı müdafiə futbolu oynamayıb açıq futbol nümayiş etdirməsi tənqid olundu. Buna münasibətiniz necədir?
- Futbolda ən asan şey tənqid etməkdir. Hər kəs öz fikrini bildirə bilər. Biz işimizi yaxşı görməyə çalışırıq. Tənqidə sakit yanaşıram və bu, işimizə təsir etmir.
- Xüsusilə Rəhman Daşdəmirov “Mançester Yunayted”lə oyundan sonra tənqid olundu.
- Əvvəllər deyirdilər ki, azərbaycanlı futbolçular niyə oynamır. Bu gün Rəhman Çempionlar Liqasının əsas mərhələsində oynayır. Ona hörmətlə yanaşmaq lazımdır. O, Azərbaycanın ən yaxşı üç futbolçusundan biridir. Tənqid normaldır, amma belə tənqidi qəbul etmirəm. Biz Çempionlar Liqasında oynayan ikinci Azərbaycan klubuyuq. Niyə bizi tənqid edirlər? Mən öz futbolçularımızın qədrini bilməyi məsləhət görərdim. Onlar böyük işlər görürlər. Belə tənqidi qəbul etmirəm və bunu hörmətsizlik kimi qiymətləndirirəm.
- Komanda mövsümə yaxşı başlayıb. Bütün mövsümü bu tempdə davam etdirməyə gücünüz çatacaq?
- Matçdan-matça öz məqsədimizə doğru irəliləyəcəyik. Hazırda bu barədə danışmaq çətindir. Əla komandamız və heyətimiz var. Böyük potensiala sahibik. Bu komanda ilə işlədiyim üçün xoşbəxtəm.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Çempionlar Liqasında 4-cü tur başlayır
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə
Superliqada 10-cu tura darmadağınla yekun vuruldu
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər