"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi

"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
DÜNYA FUTBOLU 15 Sentyabr 2026 / 11:55 160
-  A +

“Milan”dan ayrılan İsmayıl Bennaserin yeni klubu bəlli olub.

QOL.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi karyerasını Qətərin “Əl-Qarafa” klubunda davam etdirəcək.

Bu barədə əlcəzairli futbolçunun yeni klubu məlumat yayıb. 

Bennaser ötən mövsüm icarə əsasında Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edib. O, 19 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bennaser avqustda “Milan”la müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib. O, karyerası ərzində “Empoli”, “Tur” və “Arsenal”ın da formasını geyinib. Əlcəzair millisində 56 oyuna çıxan yarımmüdafiəçi 3 qol vurub.


Qarabağ FK
Son xəbərlər
topaz banner