Rodri: "Çempionlar Liqasının favoriti deyilik"

Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
XƏBƏR 15 Sentyabr 2026 / 12:35 251
-  A +

“Barselona”nın yarımmüdafiəçisi Rodri komandasının Çempionlar Liqasındakı şanslarını dəyərləndirib.

QOL.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu Kataloniya təmsilçisini turnirin favoriti hesab etmədiyini bildirib:

“Düşünmürəm ki, biz Çempionlar Liqasının favoritiyik. Əlbəttə, mənim kimi futbolçular məhz bu məqsədlə transfer olunublar. Amma hesab edirəm ki, Çempionlar Liqası mütləq ən yaxşı komandanın qalib gəldiyi turnir deyil. Bu, fürsətlər, məqamlar turniridir”.

Rodrinin sözlərinə görə, turnirdə nəticə ayrı-ayrı epizodlardan, komandanın həmin andakı formasından və yaranan fürsətlərdən yararlanmaq bacarığından asılıdır. O hesab edir ki, favorit statusu Çempionlar Liqasında qələbəyə zəmanət vermir.

Rodri bu yay “Mançester Siti”dən ayrıldıqdan sonra “Barselona”ya keçib.


Qarabağ FK
Son xəbərlər
topaz banner