2025/26 mövsümündə Azərbaycanın 4 klubu UEFA reytinqində 5,812 xal toplayıb. Əvvəlcə bu xal bölgüsündəki acınacaqlı fərqə diqqət edək:
4,687 – “Qarabağ”
0,625 – “Sabah”
0,375 – “Araz-Naxçıvan”
0,125 – “Zirə”
Siyahıdan göründüyü kimi, bu mövsümdə də Azərbaycana Avropada ən çox xal qazandıran “Qarabağ” olub. Toplanan ümumi xalların düz 80,65 faizi Qurban Qurbanovun komandasının payına düşür.
Əlbəttə, bu fakt bir klub üçün uğurdur. Amma ümumən futbolumuz üçün nöqsanlı haldır. Bir komanda ilə digərləri arasında böyük uçurumdur. Unutmayaq ki, digər 3 klubumuz başlanğıcda “Qarabağ”la avrokuboklarda yanaşı addımlayıb. Təəssüf ki, cəmi 1-2 addım. Yəni, el sözündə deyildiyi kimi, Biləcəridən o tərəfə gedə bilməyiblər.
Bu qədər bacarıqsızlıq kifayətdir bəlkə?!.

Axı, bizdə tək futbol komandası “Qarabağ” deyil. Bu fikri yaxınlarda hətta elə “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas da dilə gətirmiş və necə deyərlər, düz doqquzluğa vurmuşdu.
İndi qalır nə? Ay sağ ol, Azərbaycan futbolunun təkcə “Qarabağ”dan ibarət olmadığını sözlə deyil, işlə - nəticələrlə sübut etmək. Odur ki, meydan sizindir, cənab Dambrauskas və həmkarları!
Əlbəttə, o nəticələrin yekunu təkcə yerli çempionatdakı uğur yox, üç avrokubok yarışının birində Liqa mərhələsinə düşmək olmalıdır.
Elə isə “Qarabağ”dan sonra niyə də “Sabah” bunu etməsin? Komanda Dambrauskasın rəhbərliyi altında həm yaxşı oyun, həm də uğurlu nəticələr qazanır. Çempionatda liderdir. Klubun təcrübəli məşqçisi var. Yaxşı heyəti var. Gözoxşayan insfrastrukturu var. Nəhayət, futbolda uğur üçün lazım olan ən əsas şey - yaxşı büdcə var.
Doğrudur, Azərbaycan futbolunda “Qarabağ”la, “Sabah”la yanaşı bu gün sırf avrokuboklar üçün oynayan “Turan Tovuz”, “Zirə, “Sumqayıt”, “Neftçi”, “Araz Naxçıvan” da var…
İndi onlar nəyləməlidir? Bəli, əvvəl Avropaya çıxmaq vəzifəsini həll etməlidir, sonra yuxarıdakı o kiçik siyahıya - yəni futbolumuzun Avropadakı acınacaqlı vitrininə - kədərli tablosuna baxmalı, ondan nəticə çıxarmalıdır. Sonra stadionunun tablosundakı sıfırları dəyişməlidir və yekunda sübut etməlidir ki…
… Bəli, Azərbaycan futbolu təkcə “Qarabağ”dan ibarət deyil!
Aydın Bağırov
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada