Azərbaycan millisi Moldovaya məğlub oldu

Azərbaycan millisi Moldovaya məğlub oldu
ÖLKƏ FUTBOLU 14 Sentyabr 2026 / 20:05 167
-  A +

19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Moldova ilə yoldaşlıq oyunu keçirib.

QOL.az xəbər verir ki, “Dalğa Arena”nın ehtiyat meydançasında keçirilən qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Millimizin qollarını 73-cü dəqiqədə Ayşən Salamzadə və 90+1-ci dəqiqədə Xədicə Əlizadə vurublar. Qalibin müəyyənləşməsi üçün keçirilən penalti seriyasında Moldova yığması 5:4 hesabı ilə üstün olub.

Qeyd edək ki, komandalar arasında növbəti yoldaşlıq oyunu sentyabrın 16-da saat 10:00-da “Dalğa Arena”nın ehtiyat meydançasında keçiriləcək.


Qarabağ FK
Son xəbərlər
13.09.26  23:13

Haalanddan yeni rekord

topaz banner