Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular

Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
BOKS 14 Sentyabr 2026 / 16:50 142
-  A +

Avqustun 17-də Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə Avropa çempionatı start götürəcək.

QOL.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 9 gün davam edəcək reytinq xarakterli yarışda Azərbaycan millisi də gücünü yoxlayacaq.

Yığmamız kişi boksçuların mübarizəsində tam heyətlə çıxış edəcək. Baş məşqçi Ravşan Xocayev, məşqçilər Nəriman Abdullayev, Etibar Abdullayev və Mehman Quliyev çempionatda Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Malik Həsənov (65 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq), Seyid Seyidov (85 kq), Rauf Rəhimov (90 kq) və Məhəmməd Abdullayevə (+90 kq) şans verəcəklər.

Qadınların yarışında məşqçi Rafiq İsmayılov Zeynəb Rəhimovanı (54 kq) sınayacaq.

Çempionatda hakim qiymətləndiricisi Anar Babanlı da iş başında olacaq.

Qeyd edək ki, Sofiyadakı yarışda 40 ölkədən 400-dən çox boksçunun qüvvəsini sınayacağı gözlənilir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
13.09.26  23:13

Haalanddan yeni rekord

topaz banner