Ukraynalı mütəxəssis Yuri Vernidubun gəlişindən sonra "Neftçi" uğurlu seriyaya qədəm qoyub. 60 yaşlı baş məşqçi paytaxt təmsilçisini Misli Premyer Liqasında 5 oyuna çıxarıb və heç birində uduzmayıb: 3 qələbə, 2 heç-heçə.
"Neftçi" Vernidubun rəhbərliyi altında həm də baxımlı oyunu ilə diqqət çəkir. Yəni otur, canın sıxılmadan oyuna bax və darıxma. Özü də qəşəng azarkeş dəstəyi altında. Qəşəng və nümunəvi...
Vernidub 2020-2022-ci ildə işlədiyi "Şerif"də Moldova futbolu üçün tarixi nəticəyə imza atıb. Tiraspol təmsilçisi məhz bu təcrübəli mütəxəssisin başçılığı altında 2021/22 mövsümündə Çempionlar Liqasının 4 təsnifat mərhələsinin hamısını adlayaraq o vaxtkı qrup mərhələsinə vəsiqə qazanıb. Bu, Moldova futbolu üçün bir ilk olub. "Real", "İnter" və "Şaxtyor" kimi komandalarla eyni qrupda yarışan Moldova çempionu 7 xal toplayaraq 3-cü yeri tutub, Madridin ikonası "Santyaqo Bernabeu"da isə "Real"ı məğlub edib!
Həm də Don Karlonu! Müasir futbolun patriarxı Ançelottini!
Fantastika!
Cənab Vernidub, Avropa kuboklarında "Neftçi" ilə də uğurlara nail olmaq əla olardı. Niyə də olmasın?
İndi o, Azərbaycandakı 5 oyunda 11 xal toplamağı bacarıb. "Neftçi"ni qəbul edəndə paytaxt təmsilçisinin aktivində 14 oyundan cəmi 16 xal vardı. İndi xal ehtiyatı 27-ə yüksəlib və "Neftçi"nin bu mövsümün sonunda avrokuboklara getmək şansı artıb.
Gedəcəkmi? Bunu təbii ki, zaman göstərəcək. Amma o mesaj verilir və bu gün qətiyyətlə deyiləsi bir fakt var: Vernidub "Neftçi"ni özünə qaytarır və görünən budur ki, "ağ-qaralar" bu mövsüm hamıya ciddi başağrısı olacaq...
Bəli, uzun illərdir "Neftçi"yə məhz belə məşqçi lazım idi. Klub rəhbərliyi illər sonra olsa belə doğru qərar verdi. İndi qalır bir məsələ - onun işinə müdaxilə etməyərək daim dəstək olmaq.
Sizə və gözəl ölkənizə isə Slava, Yuri Nikolayeviç!
Aydın Bağırov

AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada