“Qarabağ”ın İngiltərə klubları ilə matçlarda uğursuz statistikası var: 7 oyun, 7 məğlubiyyət.
Bu gün Ağdam klubu “Tofiq Bəhramov”da “Dumanlı albion”lularla 8-ci oyuna çıxır. Rəqib “Çelsi”dir. Klublararası son dünya çempionu.
“Çelsi” adı bizim üçün həmişə qorxulu səslənib. 8 il əvvəl “zadəganlar” “Qarabağ”a ÇL-in qrupundakı debüt matçında “Stemfotd Bridj”də 6 cavabsız qol vurmuşdular. Sonra Bakıda da 4:0 hesabı ilə qələbə qazandılar.
Amma əminliklə söyləmək olar ki, bu “Qarabağ” 8 il əvvəlki ÇL təcrübəsi olmayan və həyəcanlı “Qarabağ” deyil: indi baş məşqçi Qurban Qurbanov da, onun futbolçuları və az qala bizim üçün əfsanələşmiş oyun sistemi də təcrübə sarıdan daha da bərkiyib. Bu mövsüm ÇL-də 3 oyundan 2 qələbə bunun ən sadə isbatıdır.
“Qarabağ” hazırkı mövsüm ÇL-in sürpriz və ən maraqla izlənilən komandasıdır. Rəqibləri artıq onu səthi deyil, dərinliyinə qədər öyrənirlər.
Elə ona görədir ki, “Çelsi” kimi komandanın baş məşqçisi Enso Mareska belə “Qarabağ”ın gücünü, səviyyəsini qəbul və etiraf edir, Bakıdakı matçın çox çətin keçəcəyini söyləyir. Bir mövsüm "Mançester Siti"də Xosep Qvardiolanın da köməkçisi olmuş 45 yaşlı bu italiyalı dünən keçirdiyi mətbuat konfransında bir yox, ayrı-ayrılıqda düz 5 dəfə (!) “Qarabağ”+Qurban Qurbanov barədə yüksək ehtiramını ifadə edib.
Buyurun, bu da Mareskanın fikirləri:
- “Qarabağ” evdə çox güclüdür. Onların avrokubok təcrübəsi və çox ehtiraslı azarkeşləri var. Bu, asan oyun olmayacaq. Onlara böyük hörmətlə yanaşırıq. Amma məqsədimiz aydındır: qələbə qazanmaq və növbəti mərhələyə bir addım da yaxınlaşmaq. Matç başlayan kimi diqqətli olmalı və oyunun nəzarətini ələ keçirməliyik.
Və yaxud:
- Onlar evdə çox güclüdürlər. Burada oynamaq heç vaxt asan olmur: həm atmosfer, həm də stadion baxımından fərqli bir təcrübədir. Onların çox təcrübəli oyunçuları var və uzun illərdir avrokuboklarda çıxış edirlər. Biz onları çox ciddiyə alırıq, çünki bilirik ki, əgər diqqəti bir anlıq itirsək, bizi cəzalandıra bilərlər.
- “Qarabağ” yaxşı komandadır. “Benfika”nı, “Kopenhagen”i udublar, ‘Atletik Bilbao’ya qalib gəlirdilər, sadəcə oyunun sonunda uduzdular. Amma heç şübhəsiz ki, bu oyun bir çox səbəbdən çətin olacaq.
- Düzünü desəm, komanda kimi onlar çox güclüdür. Çox intensiv oynayan komandadırlar. Pressinq etmə tərzləri, bir-birinə dəstək vermələri göstərir ki, uzun illərdir eyni baş məşqçi ilə birlikdə işləyirlər. Bu, meydandakı əlaqələrinə də təsir edib. Xüsusilə ev oyunlarında daha da intensiv olurlar. Deydiyim kimi, bu, çox çətin qarşılaşma olacaq.
Qurban Qurbanov haqda:
- Açığı, belə bir şeyə (17 il bir komandanın baş məşqçisi olmağa) rast gəlməmişəm. Bəli, bu, inanılmaz bir şeydir. Artıq 17 ildir eyni klubda işləmək sadəcə heyrətamizdir”.
Yadlar bizimkilərə layiq olduqları qiyməti ver. Amma bəzi nankor özümüzünkülər…
Nə isə, oyuna qayıdaq. Bəs, Qurban Qurbanov nə deyir? Rəqibə ənənəvi hörmət ifadə edən fikirlər, hətta “Çelsi”yə mümkün məğlubiyyətin belə komandası üçün uduş olacağını. Qurbanovun son fikri ondan qələbə gözləyən sıravi azarkeşə təəccüblü və gözlənilməz görünə bilər. Amma “Qarabağ”ın tarixində yalnız ikinci dəfədir klub futbolunun ən ali mərtəbəsi, zirvəsindədir və “Çelsi” kimi böyük güc və ənəyəyə malik komandalarla matçlar hər şeydən əvvəl bizim üçün yaxşı bir təcrübə olmalıdır.
Amma bu, heç o demək də deyil ki, “Qarabağ” uduzmağa çıxacaq. Əlbəttə komandanın məqsədi xal qazanmaqdır: 1 xal yaxşı, 3 xal isə əla olar. Buna ümid verən isə elə Qurban Qurbanovun müdafiədə oynamayacaqları ilə bağlı cəsarətli fikirləridir. Elə yazını da Q.Qurbanovun həmin nikbin fikirləri ilə yekunlaşdırıram:
“Mən hazırda beşli müdafiə ilə oynamağı xoşlamıram. Futbol isə bizim kimi komandalara beşli müdafiəni tələb edir. Mən həmişə bildirmişəm ki, biz indiyədək qazandığımız uğurları öz sistemimizə görə bacarmışıq. Bəzi matçlarda müdafiəyə meyilli oyunu, bəzilərində dağıdıcı futbol qurmaq olar. Lakin belə halda uzunmüddətli uğur əldə etməyi görmürəm. Hə, elə komandalar var ki, beşli müdafiə ilə dominant futbol oynayır. Bu, başqa məsələdir. Amma bu gün "Çelsi"nin qarşısını beşli müdafiə ilə almağı düşünməmişəm. Amma oyunun gedişatında düzülüşdə müəyyən dəyişiklik etmək olar. Bəlkə də sırf müdafiəçi ilə yox, hücumçu ilə…”
Aydın Bağırov
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov
"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
Azərbaycan millisi Farer adalarına da böyük hesabla uduzdu
"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
Kvaratsxeliya ÇL tarixinə belə düşdü
Elşən Abdullayev mükafatlandırıldı
"Real" ilk dəfə belə uğur qazanır
"Sportinq"in baş məşqçisi 5:0-dan danışdı
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər
Premyer Liqada daha 5 oyunun hakimləri açıqlandı
ÇL-in oyunları bu kanallarda
Qvardiola "Mançester Siti"dəki gələcəyi ilə bağlı nə dedi?
"Neftçi”yə təklif olunan həmin futbolçular mənə lazım deyil”
"Bodo-Qlimt"in baş məşqçisindən vida açıqlaması
Liverpul küçələrində "Qalatasaray" atəşfəşanlığı - Video
AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununda
"Real" "Mançester Siti"yə belə qalib gəldi - Video
Riçard Almeydanın yeni klubu
Seneqaldan çempionluq alınıb Mərakeşə verildi! - Şok qərar
"Bodo-Qlimt" ÇL-lə vidalaşdı, "Real" və PSJ 1/4 finalda
"Fənərbaxça"dan böyükhesablı qələbə
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi