Vensan Abubakarın "Neftçi" ilə müqavilə bağlamasının bu gün 10-cu günü tamam olur. Geridə qalan bu 10 gündə 33 yaşlı məşhur kamerunlu hücumçu, Türkiyə türklərinin təbirincə ifadə etsək, "aslan həmişə aslandır" deyimini təsdiq etmək yolunda inamla addım atır.
O, Azərbaycanda meydana çıxdığı 2 oyuna artıq 3 qol vurmağı bacarıb. Birini Premyer Liqada "Qəbələ"yə, digər ikisini isə ölkə kubokunda 1-ci liqa təmsilçisi MOİK-ə. İstənilən futbolçu üçün bunlar möhtəşəm bir start sayıla bilər. Amma bir fakt da unudulmamalıdır ki, əgər söhbət Kamerun millisinin canlı əfsanəsindən (115 oyunda 45 qol!) gedirsə, deməli, onun bu inamlı göstəricisi də təəccüblü olmamalıdır.
Abubakar o Abubakardır ki, 3 dəfə dünya çempionatının final mərhələsində oynayıb! Keysuke Hondanı saymasaq, Azərbaycana indiyədək CV-si belə yüksək olan legioner gəlibmi? Yox, əlbəttə.
İllərdir "Neftçi"nin rəhbərliyinə onu izah etməyə çalışırıq ki, transfer edilən əcnəbinin oyun səviyyəsi klubun ad-sanına uyğun olmalıdır. Aldığı yüzminlərin qarşılığını "Neftçi"də kef çəkməklə yox, öz oyunu, yaxud vurduğu qollarla verməlidir. Hələlik Abubakar startda bunu bacarır. Bir də axı niyə bacarmasın?
Abubakar həm də o Abubakardır ki, dünya çempionatında futbolun əjdahası Braziliyanın qapısına qol vurub! Bəli, Braziliyanın! İndi deyirsiniz, Braziliyaya qol vuran bu oğlan "Qəbələ"yə, MOİK, lap elə sabah "Qarabağ"a qol vura bilməsin?
Və Abubakar həm də o Abubakardır ki, "Neftçi"yə məhz hücumların usta bitiricisi kimi gətirilib və o, Azərbaycanda ilk iki matçda işinin öhdəsindən məharətlə gəlməyi bacarır.

Xüsusən "Qəbələ" ilə vacib görüşdə 70-ci dəqiqədə meydana girməklə Azərbaycanda debüt edən kamerunlu cəmi 1 dəqiqə sonra və yanılmıramsa, topa ilk toxunuşundaca komanda yoldaşı İfanyi Metyuya qol ötürməsi verdi. 10 dəqiqə sonra isə artıq tabloda hesab 2:0 "Neftçi"nin xeyrinə göstərirdi. Bu dəfə isə qolun müəllifi artıq Abubakarın özü idi! "Neftçi" xal itirməyə, hətta uduzmağa yaxın olduğu oyunda Abubakarın sayəsində vacib qələbə qazandı.
Bəlkə də "Neftçi"ni yenidən dirildə biləcək qələbə...
Abubakar bu debüt matçında qol sevincini və qələbəni tribunaya toplaşan "Neftçi"nin azarkeşləri ilə qeyd etməsi isə həm də sanki onlara ünvanlanan qətiyyətli bir mesaj idi: sizin sevimli oyunçunuz olacağam!
O, ilk iki matçdan sonra bunu bacara biləcəyini göstərir. Karyerasında Fransa ("Valenyen", "Loryan), Portuqaliya ("Portu), Türkiyə ("Beşiktaş", "Hatayspor") kimi tanınmış liqalarda oynayan, milli komandasında dünya çempionatı ilə yanaşı Afrikanın az qala bütün turnirlərində çıxış edən Abubakar Azərbaycan çempionatına rəng qata, "Neftçi"yə təzə bir nəfəs gətirə bilər.
Yeni bir qoleador kimi...
Buna ehtiyac var. "Neftçi"də də, Azərbaycan liqasında da.
Amma necə deyərlər, eyforiyaya düşmək də erkən olar. Çünki hər nə qədər 2 oyuna 3 qol əla statistika olsa da, unutmayaq ki, o qollar Premyer Liqanın ən zəiflərindən "Qəbələ"yə (turnir cədvəlində 10-cu yer) və birinci liqa təmsilçisi MOİK-ə (8-ci yer) vurulub. Odur ki, daha çətin sınaqlar qabaqdadır və Abubakarın Azərbaycan futbolunda yaxşı başlanğıcı rəqib məşqçi və müdafiəçiləri ona qarşı daha diqqətli olmağa məcbur edəcək.
Bəli, qarşıda çətin sınaqlar gəlir. Təsadüfdən onlardan biri də 11-ci turda, yəni 10 gün sonra "Neftçi"nin əzəli rəqibi "Qarabağ"a qarşı olacaq...
Oyuna hazırsan Abubakar?
Aydın Bağırov
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada