... Pul futbol oynasa idi, Joze Mourinyonu istefaya göndərən "Fənərbaxça" bu mövsüm Çempionlar Liqasınına vəsiqə qazanardı.
"Qarabağ" kimi. "Kayrat" kimi.
Bəli, pul futbol oynamır. Əgər pul futbol oynasa idi, supertransferlər üçün ayrılan astronomik məbləğ komandalara saysız-hesabsız kuboklar qazandırardı. Baxın "Əl-Nəsr"ə. Təkcə Ronaldoya yüz milyonlar xərcləyib. Amma nə olsun?! Onun gəlişindən sonrakı 2 ildə bu komanda Asiya nədir, heç Ərəbistan çempionu da ola bilməyib.
Yəni futbolda uzunmüddətli uğurun təməlində çat verməyəcək futbol sistemini qurub-qura bilməmək amili dayanır. Bunu da hər məşqçi bacarmır.
Amma ortada yaxşı nümənələr də var: Klopp ("Liverpul"), Qvardiola ("Barselona", "Mançester Siti"), Luis Enrike (PSJ)...
Və bir də bizim Qurban Qurbanov. Təkrar biliyin anasıdır deyiblər. Avropa üçün məhdud sayılan maddi imkanlarla dalbadal 12 ildir komandasını avrokubokların əsas mərhələsinə çıxarıb. Onlardan ikisi lap böyük komandaların yarışdığı Çempionlar Liqasıdır. Yeri gəlmişkən, Avropada təsnifatdan başlayaraq belə uğurlu məsafə qət edən ikinci komanda yoxdur. Bircə belə komanda var, o da bizim "Qarabağ"dır.
Bu qeydləri niyə edirəm?
Ölkəmizdə yaxşı futbol nümunələri də var. Və bu nümunələr sosial şəbəkərlərdəki "futbol müəllimləri"nin kütləvi məsləhətləri ilə yaranmır.
Uğurlar, qələbələr göydən zənbillə düşmür. Çempionlar Liqasının Liqa mərhələsini də xonçada gətirib bizə pay vermirlər.
Qurban Qurbanovu Bakıda nə vaxt axtarsan ya "Qarabağ"ın bazasındakı iş otağında tapacaqsan, ya da özünün idman zalında. Yəni həyatını tamamilə futbola həsr edib. Həm də peşəkarlıqla, vicdanla, məsuliyyətlə. Və bir də vətənpərvərliklə. Uğuru da ona görə qazanır ki, o da Klopp, Qvardiola, Luis Enrike kimi öz sistemini qurub. Bunun adı "Qarabağ" futbol sistemidir.
Uğuru ona görə qazanır ki, saatlarla, günlərlə rəqibi ən incəliyinə qədər təhlil edir. Stadionlarda, TV qarşısında, notbukun monitoru önündə...
Gətirdiyi futbolçular isə ona görə uğurlu olur ki, onları Yutubdakı aldadıcı videoların təsirinə düşərək seçmir. Peşəkar seleksiya komandasının, yardımçılarının, nəhayət, özünün iti futbol zehninə arxalanaraq transfer edir.
Yəni yuxarıda qeyd edildiyi kimi, yaxşı futbol adamlarımız, məşqçilərimiz, futbolçularımız, klubumuz da var.
"Qarabağ" adlı bir futbol sistemimiz var.
Ona görə də bu gün Mourinyonu istefaya göndərən, transferlərə tırlarla dollar xərcləyən Türkiyənin futbol bilicələri belə bizim "Qarabağ"dan, Qurban Qurbanovdan yüksək hörmətlə danışır, onu özününkülərə örnək göstərir.
Çünki...
... Pul futbol oynamır.
Aydın Bağırov

AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada