Adamın inanmağı gəlmir ki, bu uğurlu nəticələrin altında bir Azərbaycan komandasının imzası var. Futbolu hələ də can üstə olan Azərbaycanın. Amma o uğurlu nəticə, az sonra qeyd edəcəyim parlaq statistika bir az gözləsin.
Çünki xüsusi vurğulamaq istədiyim bir məqam var. Dünən "Zirə" - "Araz Naxçıvan" matçını heç 10 dəqiqə seyr edə bilmədim. Etmək istəmədim. Futbol yazarı üçün nöqsandır, əlbəttə. Amma düşünəndə ki, düz 10 ay Azərbaycan Premyer Liqasının oyunlarını izləyəcəksən, ən sonda da həmin "Zirə", "Araz Naxçıvan", "Sabah" Avropaya vəsiqə qazanıb orada heç 2 mərhələ adlaya bilməyəcək...
Bu, futboldur ki? Düzəlmir. Düzəldə bilmirlər. Ara yerdə ömür gedir. Azarkeşə isə yalnız məyusluq, ağır nəticələri ürək ağrısı ilə izləmək qalır. Elə isə onda niyə qınayırıq onları ki, sən milli çempionatın oyunlarına niyə gəlmirsən?..
Ümid qalıb bir tək "Qarabağ"a. Üzümüzü ağardan ancaq onlardır. Bəs o birilər? Onlar bu ölkənin deyil?
“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhəkəsində qalib gəldiyini görən bir xarici yəqin elə düşünür ki, bizdə futbol var. Var ki?
Doğru klub idarəetməsi olub. Bu komandanı komanda edən Qurban Qurbanov olub. Onun qurduğu ibrətamiz sistem olub. Və görün, Qurban Qurbanovun bu sistemi sayəsində "Qarabağ" dünyanın ən nüfuzlu klub yarışı sayılan UEFA-nın Çempionlar Liqasında nələr edib?
… Bu mövsüm 5 oyunun 5-də də qələbə qazanıb. Təsnifat mərhələlərinin 48 iştirakçısı arasında. Yüzfaizli nəticə! UEFA-nın TOP-5-də liderdir.
… Ağdam təmsilçisi təsnifat mərhələsində ən çox qol vuran komandadır - 13 qol. Bu, orta hesabla hər oyuna 2,6 qol deməkdir. Bu göstəricidə də UEFA-nın TOP-5-liyində liderdir.
… “Qarabağ” təsnifat mərhələsində topa ən çox sahib olan komandaların sırasında da birincidir. Azərbaycan çempionunda bu göstərici 62 faizdir. UEFA-nın TOP-5-liyində lider mövqedə yenə "Qarabağ"ı görürük.
… Ən az qol buraxan komandalardan (5 oyuna 2 qol) biridir.
… Dəqiq ötürmə faizinə (84) görə isə üçüncü pilləni tutur.
… “Qarabağ”ın mərkəz müdafiəçisi Kevin Medina isə futbolçuların sırasında fərqlənir. 32 yaşlı kolumbiyalı topu ən çox ələ keçirməyə görə (12 dəfə) siyahının başında qərarlaşıb. O, həmçinin “podkat”la top almağa (4 dəfə), topu uzaqlaşdırmağa (13 dəfə) görə də birinci yerləri tutur.
Və bunu edən bir Azərbaycan klubudur.
Qurban Qurbanovdur.
"Qarabağ"dır...
... Futbolu olmayan ölkədə futbol adını üzərində daşıya biləcək yeganə komanda.
Heç olmasa indi bir quruca sağ ola haqqı çatan komanda.
Aydın Bağırov
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada